Yenixeber.org: Bunu Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüşü zamanı söyləyib.

ABŞ Türkiyəyə qarşı ədalətsiz mövqeyindən şikayətlənən Ərdoğan, “Təəssüf ki, müttəfiq bildiyimiz ABŞ Suriyanın şimalında terrorçuları qruplaşmaları silahlandırdı” – deyə, qeyd edib.

NATO-Türkiyə münasibətlərinə də toxunana Ərdoğan əlavə edib:

“Türkiyənin təhlükəsizliyi NATO-nun təhlükəsizliyidir. Türkiyənin öz milli maraqlarını lazım gələrsə hərbi yolla qoruyacaq”.