Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Bu General jurnalisti cərimələtdi:200 manat

 

General jurnalisti cərimələtdi: 200 manat

Jurnalist Səxavət Məmməd bloq yazısına görə məhkəmə qarşısına çıxıb.

 

Yenixeber.org: Ağdam Rayon Məhkəməsində Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-mayor Ayaz Həsənovun "yenicag.az” saytının əməkdaşı Səxavət Məmmədə qarşı iddiası əsasında qərar çıxarılıb.

Qərara əsasən, jurnalist general haqqında yazdıqlarına görə 200 manat cərimələnib. A.Həsənov S.Məmmədə qarşı 100 min manatlıq iddia qaldırmışdı. Jurnalistin onun haqqında yazdığı məqalə ilə işgüzar nüfuzunun ləkələndiyini iddia edən general S.Məmməddən bu məbləğin alınıb, Silahlı Qüvvələlər Yardım Fonduna keçirilməsini tələb edirdi. S.Məmməd bildirir ki, general onu mayın 25-də öz bloqunda yazdığı yazıya görə məhkəməyə verib.

Onun sözlərinə görə, yazıdakı fikirlərin A.Həsənovun işgüzar nüfuzuna zərbə vurması barədə iddia əsassızdır: "O yazının çox az bir hissəsində Ayaz Həsənovdan söhbət gedir. Düzü, eşidəndə ki, məni məhkəməyə verib, buna görə təəccübləndim”.

Jurnalist sözügedən yazıdan bir gün sonra həbs olunmasını yada salır. Mayın 27-də S.Məmməd alimentlə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunaraq, ona Ağdam Rayon Məhkəməsinin qərarıyla 10 sutka inzibati həbs cəzası verilmişdi. O zaman S.Məmməd bildirmişdi ki, aliment ödənişilə bağlı göstərilən səbəb əslində həbsi üçün bəhanədir. Onun sözlərinə görə, Ağdam polisindən zəng edib, axtarışa verildiyini deyiblər. Bunu eşidəndə təəccüblənsə də, Ağdam polisinə gedib: "Yarım saat keçməmiş mənə dedilər, məhkəməndi. Dedim, nə məhkəmə? Nə isə, məhkəməyə girdim.

Hakim dedi: "Borcun var”. Dedim, nə borc? Borcum varsa, gedim yerindəcə ödəyim. Dedi: "Gecdi, içəri getməlisən”. O anda dedim ki, sifarişi kim verib, adını de. Hakim əlin stola vurdu, "10 sutka həbs” deyib, zaldan çıxdı”. Jurnalist bir gün sonra Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Özü deyirdi ki, apelyasiya şikayətini də özü yazmamışdı: "Bir müddət keçdikdən sonra məni çağırdılar ki, gəl bu sənədə qol çək. Oxudum ki, apelyasiya şikayətidir. Şikayətin necə yazıldığından da xəbərim olmadı. Bir gecə içəridə qaldım. Səhər tezdən dedilər ki, çayını yarımçıq qoy, Gəncəyə gedirsən, apelyasiyan var...” O zaman jurnalistin yaxınları S.Məmmədin həmin bloq yazısına görə, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun sifarişilə həbs olunduğunu iddia edirdi. Sözügedən yazıda generalın ünvanına tənqidi fikirlər yer almışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam