Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rumıniyanın Daxili İşlər naziri istefa verib – Xüsusi amansızlıqla qətlə yetirilən yeniyetmələrə görə

Rumıniyanın Daxili İşlər naziri Nikolaye Moqa istefa verib. 

Yenixeber.org: Buna səbəb iki yeniyetmənin xüsusi amansızlıqla qətlə yetirilməsi və hüquq-mühafizə orqanlarının məsələyə vaxtında reaksiya verməməsi olub.

“Baş Nazirlə söhbətdən sonra istefa vermək qərarına gəldim. İstintaq davam edir. Ümid edirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşları qərəzsiz və peşəkar şəkildə bu məsələni araşdıracaqlar. Belə faciələrin bir daha baş verməməsi üçün mümkün olan hər şeyi etmək lazımdır”, – N. Moqa bildirib.

Qeyd edək ki, N. Moqa 6 gün öncə bu vəzifəyə təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə Rumıniyanın Karakal şəhərində 15 yaşlı qız amansızcasına qətlə yetirilib. Qız “112” xilasetmə xidmətinə zəng edib xəbər versə də, hüquq-mühafizə orqanları onun vaxtında tapılması üçün lazımi tədbirlər görməyib. Nəticədə, qızı xilas etmək mümkün olmayıb. Qatil həmin gün polis tərəfindən saxlanılıb və daha bir cinayət törətdiyini etiraf edib. Belə ki, aprel ayında itkin düşən 18 yaşlı qızın da həmin şəxs tərəfindən qətlə yetirildiyi üzrə çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam