Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ermənistan Apellyasiya Məhkəməsi - Koçaryanla bağlı qərar verdi

Yerevan Apellyasiya Məhkəməsi Ermənistanın sabiq prezidentinin lehinə qərar verib.

Yenixeber.org: Hakimin qərarı ilə Robert Koçaryanın şəxsi əmlakının və bank hesablarının üzərinə qoyulmuş həbs ləğv edilib. Məhkəmə iclası Ermənistanın xəbər portallarında canlı yayımla verilib.

Apellyasiya Məhkəməsinin hakimi Armen Nikoqosyan baş prokurorluğun Koçaryanın əmlakı və bank hesabı üzərində həbs qərarının qüvvədə qalması barədə vəsatətini təmin etməyib. Sabiq prezident bəyan edib ki, əvvəl verilmiş qərar qanunsuzdur və onun müdafiə hüquqlarını pozur.

Xatırladaq ki, mayın 18-də birinci instansiya məhkəməsinin hakimi də Koçaryanın zəmanətlə həbsdən azad olunması barədə qərar vermişdi. Bundan sonra Ermənistanın baş prokurorluğu qərara etiraz edib və iyunun 25-də sabiq dövlət başçısı yenidən həbsxanaya qaytarılıb.

Ermənistanın baş prokurorluğu Koçaryanla yanaşı, konstitusiya quruluşunu dəyişdirmək cəhdi ittihamı ilə digər keçmiş vəzifəli şəxslər – baş nazirin sabiq müavini Armen Gevorqyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı da ittiham aktı hazırlayıb və onları məhkəməyə göndərib(azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam