Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koçaryanın məhkəməsi keçirilir – CANLI

 

Koçaryanın məhkəməsi keçirilir – CANLI
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apellyasiya Məhkəməsinin iclasında iştirak edir.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, iclasda barəsində çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Koçaryanın verdiyi apellyasiya şikayətinə baxılır. Koçaryanın vəkili Ayk Alumyan da iclasda iştirak edir. Məhkəmə binasına daxil olarkən o, jurnalistlərə heç bir açıqlama verməyib. 

Hazırda jurnalistlər Apellyasiya Məhkəməsinin binası önündə toplaşaraq iclasın bitməsini və Alumyanın nəticə ilə bağlı açıqlama verməsini gözləyirlər. Məhkəmə Koçaryanın şikayətini təmin edərsə, o, azadlığa çıxa bilər. 



Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin 45 deputatı sabiq prezident barəsində 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair yazılı müraciət ünvanlayıb. Lakin Ermənistanın Baş Prokurorluğu həmin müraciəti rədd edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam