Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İran irimiqyaslı hərbi təlim keçirir-Hörmüzdə

 

İran Hörmüzdə irimiqyaslı hərbi təlim keçirir
İranın İslam İnqilabı Keşiçkiləri Korpusunun quru qoşunları Hörmüz boğazında yerləşən Keşm adasının sahilyanı ərazisində irimiqyaslı hərbi təlimlər keçirir.
 Yenixeber.org: Bu barədə “Press TV” telekanalı məlumat yayıb. Bildirilib ki, bu, hər il İranda keçirilən “Böyük peyğəmbər” adlı irimiqyaslı təlimlərin ən iri və son mərhələsidir. 

Təlimlər İranda milli birliyin köməyi və müdafiə gücünün artırılması yolu ilə sabit güc və təhlükəsizliyi nümayiş etdirmək məqsədi daşıyır. 

Körfəz ölkələrinin neft ixracı üçün Hörmüz boğazı olduqca mühüm strateji əhəmiyyətə malikdir. Sanksiyalarla əlaqədar ABŞ-ın İrandan neft idxalını sıfıra endirəcəyi ilə bağlı bəyanatlarına cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə Vaşinqtonun Körfəzdəki müttəfiqlərinin də neft ixracının qarşısını almaq üçün Hörmüz boğazını bağlayacağı ilə hədələyib. 

Qeyd edək ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra ötən gün ilk dəfə ABŞ hərbi dəniz qüvvələrinin aviadaşıyıcısı Fars körfəzinə daxil olub. Kəşfiyyat çəkilişi aparmaq və mümkün sərhəd pozuntusuna cavab vermək üçün İran hərbi donanmasının 30 gəmisi ABŞaviadaşıyıcısını izləyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam