Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran hərbçiləri Hörmüz boğazını bağlayırlar –Yaxın Şərqdə böyük savaş başlanacaqmı? – Təhlil

Vladimir Muxin

Nezavisimaya gazeta, 03.08.2018

 

Yenixeber.org: İran Fars körfəzi zonasında fəaliyyətini canlandırır. Ən yaxın vaxtlarda orada İslam Respublikasının Hərbi-Dəniz Qüvvələri (HDQ) və sahil qoşunlarının manevrləri başlanmalıdır. CNN telekanalının məlumatına görə, təlimlərə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüzədək gəmi və kateri, yüzlərlə döyüşçü, hava hissələri və sahil raket batareyaları, habelə İİKK-ə aid olmayan İran hərbçiləri qatılacaqlar. CNN jurnalistlərinin fikrincə, bu təlimlərin hədəflərindən biri Hörmüz boğazının bağlanması üzrə İranın imkanlarını sərgiləməkdir.

Ekspertlərin dəyərləndəridiyinə görə, İranın Fars körfəzində hərbi-dəniz fəallığı həmişə müşahidə olunub. Lakin müşahidəçilər indi İran HDQ və İİKK-in Hörmüz boğazı zonasındakı təlimlərinə özəl diqqət göstərirlər. Bu boğazın ən dar yerdə eni cəmi 50 km təşkil edir və əlbəttə, İran hərb gəmiləri və katerlərinin orada böyük sayda cəmlənməsi bölgəyə müəyyən gərginlik gətirir. Xüsusən də ABŞ Dövlət Departamenti Vaşinqtonun Tehranla nüvə sazişindən çıxmasından sonra İran neftinin ixracatını məhdudlaşdırmağa çalışdığına görə. ABŞ bu haqda öz qərarını avqustun 4-də səsləndirməyi planlaşdırır. Tehranda isə artıq dəfələrlə bildiriblər ki, İran neft alqısına beynəlxalq məhdudiyyətlər tətbiq ediləcəyi halda Hörmüz boğazını neft ixracatı üçün bağlaya bilər. İran donanmasında (köhnəlmiş olsa da) mina silahının böyük ehtiyatı toplanıb, demək olar, bütün gəmilər mina qoymağa uyğunlaşdırılıb. Özü də qoyuluşu olduqca qısa müddətə həyata keçirmək mümkündür, supertankerlərin birinci, ya da ikinci partlayışı isə bütün gəmiçiliyi iflic edə bilər. Həm də mina çəpəri Amerika donanmasının gəmi dəstələrinin hərəkətini ciddi şəkildə çətinləşdirər.

Bununla yanaşı, CNN qeyd edir ki, “İslam İnqilabı Keşikçiləri Korpusunun belə təlimləri bir qayda kimi hər il xeyli sonra keçirilir”. Bundan savayı, indiki anda Amerikanın Fars körfəzində cəmi bir döyüş gəmisi – “Sullivans” sinfindən “Arleigh Burke” raket esminesi var.

ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının təmsilçisi, kapitan Uilyam Urban bildirib: “İranın Hörmüz boğazı və Oman körfəzində dəniz əməliyyatlarını artırdığından xəbərdarıq. Bunu diqqətlə izləyirik və beynəlxalq sularda naviqasiya azadlığı və azad kommersiya gəmiçiliyinə zəmanət üçün tərəfdaşlarımızla işləməyi davam etdirəcəyik”.

Zabit ABŞ-ın tərəfdaşlarla hansı qaydada işləyəcəyini dəqiqləşıdirməyib. Amma onsuz da aydındır ki, amerikalılar hərbi planda nəsə hazırlayırlar ki, durumun sonrakı kəskinləşmə halında Fars körfəzində İranı neytrallaşdırsınlar. KİV-lər artıq yazıb ki, İrana zərbə artıq avqustda endirilə və Avstraliya və Böyük Britaniya Vaşinqtona yardım edə bilər.

Bununla yanaşı, hamı Amerika prezidenti Donald Trampın İran prezidenti Həsən Ruhaninin ünvanına keçən həftə Twitter-də etdiyi təhdidli qeydinə də diqqət yetirib. Tramp ancaq böyük hərflərdən istifadə etməklə yazıb: “Özünüzü gözləyin”.

Düzdür, o sonra öz mövqeyini yumşaldıb və İran rəhbərliyi ilə “ilkin şərtlərsiz” görüşməyə hazır olduğu haqda məlumat verib. Cavabında İİKK komandiri Məhəmmədəli Cəfəri bildirib ki, bu cür görüşün təşkilini Tehranda mümkünsüz sayırlar. İran KİV-ləri Cəfərinin sözlərini sitat gətirib: “Cənab Tramp! İran Şimali Koreya deyil ki, görüş haqda  təklifinizi qəbul etsin”.

Eyni zamanda İran.ru internet portalı “Dəniz hüquqları üzrə 1982-ci il BMT Konvensiyasına əsasən, Hörmüz boğazı beynəlxalq boğazdır və dinc vaxtlarda orada tranzit hüququ dayandırıla bilməz” deyə iddia edən iranlı analitik Fəramərz Davərin fikrini verib. Davər hesab edir: “Hörmüz boğazının bilərəkdən bağlanması və oradan gəmilərin keçidinə yol verilməməsi potensial nəticələrilə ciddi bir tədbirdir. Ciddi danışsaq, bu, Fars körfəzində hərbi əməliyyatların başlanmasına siqnal ola bilər”.

İran texniki baxımdan, məsələn, hətta bir-iki dərinlik minası qoymaqla – hələ əhatəli mina çəpərlərini demirik –  Hörmüz boğazını bağlaya bilərdi, – hərbi ekspert, 1 dərəcəli kapitan Oleq Şvedkov “NG”-yə deyib.  – Amma bu, sürəkli təsir etməzdi, çünki beynəlxalq birlik, ABŞ və başqa ölkələr bütün bu çəpərləri məhv edə bilər. Buna görə də, ola bilsin, Fars körfəzi rayonundakı yataqlardan neft tranzitini kəsmək üçün Tehranın başqa planı var. Onlar Yəmən husilərindən yararlanaraq artıq amerikalılara və başqa düşmənlərinə pislik ediblər. Onlar ötən həftə Bab-əl-Məndab boğazında Səudiyyə tankerlərini atəşə tutublar ki, bu da Qırmızı dəniz üzrə neft tranzitini dayandırmağa səbəb olub”.

Şvedkov diqqəti buna yönəldir ki, İsrail baş naziri Benyamin Netanyahu İranı Bab-əl-Məndab boğazını bundan sonra da bağlamaq cəhdlərindən çəkindirib. Netanyahu bəyan edib: “İran Bab-əl-Məndab boğazını bağlamağa cəhd etsə, əminəm ki, bunun qarşısını almağa çalışan beynəlxalq koalisiya ilə üzləşəcək. Və İsrail silahlı qüvvələri bu koalisiyaya daxil olacaq”.

Və bu, çox ciddi bəyanatdır. Yeri gəlmişkən, dünən Yəmən husiləri Bab-əl-Məndab boğazından keçən gəmilərə həmləyə iki həftəlik moratorium elan ediblər. Onların bəyanatına əsasən, bu, Yəməndə barış əldə etməyə yardım üçün nəzərdə tutulan xeyirxah iradə jestidir. Bununla yanaşı, İran tərəfdən bu qərar haqda heç bir bəyanat gəlməyib.

“Mən əminəm ki, Yaxın Şərqdə İrana qarşı böyük savaş olmayacaq. İndi Trampın mövqeyi o cür deyil ki, orada hərbi əməliyyata başlasın, –  Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Vladimir Sajin “NG”-yə deyib. – Bir də bu durumda onun müttəfiqləri də azdır – ancaq İsrail və Səudiyyə Ərəbistanıdır. ABŞ-ın indiki prezidentinin qərarı ölkə daxilində bir çox siyasətçilər tərəfindən tənqid olunur. İranla nüvə sazişini BMT TŞ-nin daimi üzvlərinin çoxu, habelə Almaniya əvvəlkitək dəstəkləyir. Deməli, İran neftinin hasilatı və nəqliylə bağlı ABŞ-ın mümkün sanksiyaları effektsiz olacaq”.

Ekspetin fikrincə, müharibə indi bir çox ölkələrin dəstəyini hiss edən İranın özünə də lazım deyil. “İranın indi iqtisadi çətinliklərlə bağlı çoxlu iç problemləri var. Orada indiki hakimiyyət liberal sayılır. Və ABŞ ölkənin indiki rəhbərliyindən narazılığı, xalq iğtişaşlarını dəstəkləyib təkan versə, onda İranda hakimiyyətə ABŞ-ı ən qatşı düşmən bilən radikal islamçılar gələcək. Görünür, Tramp administrasiyasında bunu anlayırlar və necə deyərlər, Tehranla dalaşa qədər sözləşməyəcəklər, bir də bacarmazlar”.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam