Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

 

Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub.

Yenixeber.org xəbər verir ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.

Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.

Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.

Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.

Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər. (Mənbə:Oxu.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam