Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan Sloveniyaya Xocalı soyqırımı ilə bağlı qərarına görə təşəkkür edib

 

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Sloveniya Respublikası Milli Şurasının sədri Aloyz Kovşa ilə görüşüb.

Yenixeber.org: XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov Sloveniya qanunverici orqanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə və Sloveniya Milli Şurasnın Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə həmsöhbətinə öz təşəkkürünü bildirib.

Həmçinin tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam