Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazirlik:Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur


Yenixeber.org: "Bu gün erməni mətbuatında düşmən əsgərin cəsədinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir. Bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört basdır etmək məqsədini güdür.".

Bunu sorğumuza cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

"Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Cəbhə xəttindəki əməliyyat şəraiti Qoşunlarımızın tam nəzarəti altındadır", deyə məlumatda qeyd olunub.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam