Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Cəbhədə ermənilərin itkiləri açıqladı

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albom

 

“Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini ölü olaraq itirməsi, onlardan 33 nəfərinin döyüş itkisi olması ilə bağlı yaydığı xəbərlər yalnız gülünc hissi doğurur”.

 

Xeberinfo.com:  Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, bu rəqəmlərə inanmaq və onları ciddiyə almaq sadəlövhlük olardı: “Çünki açıqlanan statistika həqiqəti əks etdirmir və mövcud durumu tamamilə təhrif edir.
Erməni mətbuatının bu xəbəri yalnız cinayətkar rejimin marağında olmaqla onun rəhbərliyini qane edir və onsuz da gərgin vəziyyətdə olan erməni ictimai rəyinin sakitləşdirilməsi məqsədini güdür.
Yalnız bu il ərzində hətta erməni rəsmi informasiya saytlarının, qeyri- hökumət və əsgər anaları təşkilatlarının, eləcə də Ermənistanın müxalifyönümlü mətbuatının yaydığı rəqəmlərə istinad etsək belə, düşmən ordusundakı itkilərin sayının dəqiqliyinə qismən yaxın olan vəziyyət yarana bilər.
Reallıqda isə Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır. Məlumdur ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq il ərzində Ermənistan tərəfinin cəbhədə yüzdən artıq itki verməsi bəlli olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam