Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xanım aparıcını küçədə döydülər- Foto

 

 

ATV kanalının keçmiş aparıcısı küçədə tanmadığı oğlan tərəfindən döyülüb

 

Yenixeber.org: Bu bbarədə aparıcı Sevinc Camalova İnstaqram səhifəsində yazıb. Keçmiş aparıcı bildirib ki, onu avtomobilini Nərimanov rayonunda küçədə saxladığı üçün döyüblər. O, artıq bununla bağlı polisə də müraciət edib:

“Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, günorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam”.

Xatırladaq ki, Sevinc Camalova bir vaxtlar ATV kanalında “Özünə bax” verilişinin aparıcısı olub. O, bir müddət Speys TV-də də aparıcı kimi çalışıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam