Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İrəvan Teatrında aktyor şantajda ittiham olundu

İrəvan Teatrında aktyor şantajda ittiham olundu

 

 

 

İrəvan Dövlət Dram Teatrında daha bir qalmaqal yaşanıb

Yeni xeber.org:  Teatrın direktoru İftixar Piriyevin onu şər-böhtan ataraq işdən çıxarmaq istədiyini iddia edən aktyor Elçin Hacıyevdən bu gün Binəqədi rayon 4 saylı Polis İdarəsinə şikayət ərizəsi daxil olub.

Belə ki, İrəvan Teatrında baş rejissorun köməkçisi işləyən aktrisa Müdvər Nemətova aktyor Elçin Hacıyevin onu videoya çəkərək şantaj etdiyini iddia edib və polisə müraciət ünvanlayıb.

Bu barədə saytımıza günahlandırılan Elçin Hacıyev məlumat verib. O bildirib ki, bütün bunlar teatrın direktoru İftixar Piriyevin oyunlarıdır:

“Bizim tamaşamız var idi. Həmin gün baş rejissor bizi saat 14:00 üçün Rus Dram Teatrına çağırmışdı. İftixar Piriyev isə tamaşa olduğunu bilə-bilə həmin gün saat 10:00-da teatrda olmağımızı tələb etdi. Biz isə buna etiraz etdik. İş yerinə gedəndə qol çəkməyimi və saat neçədə işə gəlməyimi təsdiqləyim deyə bunu videoya çəkdim. Bu, tamamilə özümü qorumaq məqsədi daşıyırdı. Məndən başqa bir neçə nəfər də yanımda olub. Müdvər Nemətovanı öyrədərək guya onu təhqir etmişəmmiş kimi bir ab-hava yaradır və məni polisə verirlər. Belə bir şey yaşanmayıb. İftixar Priyev dedi ki, ya özün öz xoşunla ərizəni yaz, işdən çıx, ya da səni polisə şikayət edirik”.

Məsələ ilə bağlı şikayətçi tərəf Müdvər Nemətova ilə əlaqə saxladıq. O bildirdi ki, Elçin Hacıyev onu şantaj edib:

“Bu barədə danışmaq istəmirəm. Bütün sənədləri polisə təhvil vermişəm. Onlar məşğul olur. Elçin məni şantaj edib, cəzasını da alacaq”.

Qeyd edək ki, uzun zamandır İrəvan Teatrında baş verən qalmaqalların ardı-arası kəsilmir. 
Qalmaqallarda günahlandırılan yeganə tərəf isə teatrın direktoru İftixar Piriyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam