Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

"Həbsxanadan zəng edib məni hədələdi"- İş adamı ilə bağlı qalmaqal - FOTO

"Həbsxanadan zəng edib məni hədələdi"

 

 

Bir müddət öncə xuliqanlıqda təqsirləndirilərək azadlıqdan məhrum edilən sahibkar Azadxan Xanməmmədovdan yeni şikayət var

 

Yenixeber.org: Belə ki, sözügedən şəxsə məxsus olduğu iddia edilən  "Magic House" bağçasının müdiri olmuş Şəlalə Qarayeva redaksiyamıza müraciət edərək 6 aylıq əməkhaqqısının ona ödənilməməsindən narazılıq edib. Bildirib ki, təkcə onun yox, ümumilikdə bağçanın 12 işçisinin də maaşı bir neçə aydır ki, ödənilmir: "Mənə  6000 manat, yerdə qalan işçilərə isə ümumilikdə 2381  manat pul ödənilməlidir. 

Qeyd edim ki, 2014- cü ildən etibarən "Magic House"un direktoru olmuşam. 3 il 8-ci mikrorayonda yerləşən filialın direktoru idim.  2017-ci ilin iyun ayında dedilər ki, bağçanın Memar Əcəmi metrosunun yaxınlığında yerləşən filialını açaq. Əcəmi filialını onun oğlu Tural Xanməmmədovla birgə açdıq. Azadxan   Xanməmmədov həbs edildikdən sonra onun həyat yoldaşı Əsmər Fətullayeva sənədləri mənim adıma keçirməyi təklif etdi. İyun ayında filial açıldı. Avqustun 20-dən etibarən yanvar ayı da  daxil olmaqla maaşlarımızı ödəmədilər. 5 ay maaşsız işlədik. Ötən ilin dekabr ayında məhkumun gəlini Ruqiyyə Xanməmmədova gəlib dedi ki, bağçanı bundan sonra o işlədəcək. 1 ay bu sistemlə işlədik. Bayram tətilindən qayıdandan sonra onun Azər adlı digər oğlu gəlib işçilərə tapşırıq verdi ki, bağçada təhvil-təslim işlərinə başlanılsın. O ərəfələrdə Azadxan Xanməmmədov həbsxanadan hər gün zəng edib bağçadakı işlərlə maraqlanırdı. Maaşla bağlı söz-söhbət yarananda həbsxanadan zəng edərək məni hədələdi.  Dedi ki, həbsxanadan çıxacaq və mənə  kim olduğunu göstərəcək. 

Yanvarın 23-də onun  həyat yoldaşı Əsmər Xanməmmədova bir nəfər xanımı özüylə bağçaya gətirdi və müdir kimi təqdim etdi.   Biz də maaşlarımızın verilməsini tələb etdik. Mənə maaş verməyəcəklərini dedilər. Guya bağçadan milyonlarla pul qazanmışam. Qapıları bağladılar, bizi çölə buraxmadılar. Özbaşınalıq edərək 13 nəfəri içəridə saxladılar.  "102" xidmətinə zəng edəndən sonra qorxub qapını açdılar. Gedib polis idarəsində ərizə yazdıq. Bu günə kimi də izahatımıza dırnaqarası baxırlar. Yəqin ki, bundan sonra məhkəməyə müraciət edəcəyik ki, işlədiyimiz günlərin maaşı bizə ödənilsin". 

Milli.Az xəbər verir ki, "Magic House" təsisçisi Tural Xanməmmədov və şirkətin vəkili Ceyhun Yusifov qafqazinfo-ya şikayətlə bağlı  açıqlama verib. T. Xanməmmədov qeyd edib ki, sözügedən xanım bağçanın direktor vəzifəsində işləyib: "Maaşların verilmə hissəsi onun səlahiyyətindədir. Bu işlə bağlı hazırda istintaq gedir. Ərizəmiz hüquq-mühafizə orqanlarına göndərilib. Biz də araşdırmanın nəticəsini və hansı qərarın çıxarılacağını gözləyirik".

C. Yusifov isə Ş. Qarayevanın iddialarının tam əsassız olduğunu vurğulayıb: "Bununla bağlı mətbuata açıqlama verməmişdən  qabaq məhkəməyə müraciət olunmalıdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ancaq bu məsələ istintaqın predmeti deyil. Bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edilməlidir. O zaman da kimin haqlı və ya  haqsız olduğu ortaya çıxacaq".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam