Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ərdoğanla Makron telefonda danışdı-birgə qərarlar aldılar

Bu gün Türkiyə prezidenti Ərdoğanla Fransa prezidenti Makron arasında telefon danışığı olub.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, iki ölkə başçısı əsasən Suriya böhranı və ikitərəfli münasibətləri müzakirə ediblər.

Ərdoğan Afrin əməliyyatına toxunaraq qeyd edib ki, ərazi terrorçulardan təmizləndikdən sonra Türkiyədə olan 350 min afrinli qaçqın geri qaytarılacaq. 

Türk lider deyib ki, əməliyyatda mülki əhaliyə zərər dəyməməsi üçün bütün tədbirlər alınıb. 

Hər iki lider ötən gün BMT-nin Suriya ilə bağlı qəbul etdiyi 30 günlük atəşkəs qərarına əməl olunması üçün birgə cəhdlər göstərilməsi məsələsində də ortaq fikirdə olduqlarını bəyan ediblər: "Hər iki prezident Şərqi Quta başda olmaqla, mülkİ əhalinin son dərəcə ağır durumda olduğu ərazilərdə atəşkəsin həyata keçirilməsinin vacibliyini önə çəkiblər. Bununla belə, Suriya böhranı, o cümlədən Yunanıstanla yaşanan gərginlik, həmçinin iqtisadi münasibətlər də telefon danışığında müzakirə edilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam