Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Xəzər Universitetinin uşaq bağçasındaQALMAQAL

Xəzər Universitetinin uşaq bağçasında

 

Xəzər Universitetinin “Dünya” uşaq bağçasının mətbəxində antisanitar vəziyyət hökm sürür. 

Yenixeber.org: Modern.az-a təqdim edilən videokadrlarda bağçadakı vəziyyət aydın görünür.

Xəzər Universitetinin “Dünya” uşaq bağçasının direktoru Jalə Hüseynxanova görüntülərlə bağlı açıqlama verib: “Buradakı işçilər müqavilə əsasında bizimlə çalışırdılar. Onların işi bizi qane etmədiyindən işlərinə xitam verdik. Çünki dəfələrlə yeməklərin biz verdiyimiz menyuya uyğun hazırlanmadığını gördük. Sentyabrın 15-də menyuda göstərilməsinə baxmayaraq, bir neçə yeməyin hazırlanmadığını biləndə, onlara işdən çıxmaq üçün 15 gün vaxt verdik. Biz Xəzər Universitetində çalışan briqadadan xahiş etdik ki, mətbəxi təhvil alsınlar. Köhnə işçilər çıxan günü bilərəkdən mətbəxi o vəziyyətdə qoyub, videoya çəkib, valideynlərə göndəriblər”.

Direktor deyib ki, hazırda valideynlərdən ibarət komissiya yaradılıb: “Bu cür şəraiti olan məktəbdə antisanitar vəziyyətin olması qeyri-mümkündür. Onlar çıxdıqları gün bilərəkdən mətbəxi o vəziyyətdə qoyub, videoya çəkib, valideyn adından hamıya göndəriblər. Biz mətbəximizə, uşaqlara verilən hər bir yeməyə cavabdehik.

Yeməklərin hazırlandığı məhsulların sertifikatı var, hər şey yüksək səviyyədədir. Hazırda hər qrup və sinifdəki uşaqların valideynlərindən ibarət komissiya yaradılıb.

Onların hər biri kolpak və ayaqqabılarını geyinib, mətbəxdə olurlar. Məktəbəhazırlıq qrupunda və məktəbdə 900 uşaq oxuyur. Sizi əmin edirəm ki, bu video təxribat xarakterlidir. Burada yalnız təhsilə yox, hər şeyə ciddi nəzarət olunur. Burada çalışan işçilərin uşağı, nəvəsi də buradadır, biz özümüz də burada bişirilən qidalardan yeyirik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam