Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Azərbaycan 3 yerə parçalanırdı" -Allahşükür Paşazadə

1441039790991940961_1000x669 (1)

“Azərbaycan çox çətinlikdən, keşməkeşdən keçdi. Bəzən yalançı ağsaqqallar peyda oldu. Ağsaqqal sözünə qulaq asılmadı”.

Xeberinfo.com:   Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Respublika Ağsaqqallar Şurasının iclasında deyib. O bildirib ki, bir zamanlar ağsaqqal əvəzinə, qarasaqqallar ortaya çıxmışdı: “O deyirdi, Bakı mənimdi, bu deyirdi Gəncə mənimdi, o biri deyirdi Lənkəran mənimdi. Nəticədə Azərbaycan dövləti xəritədən silinmək üzrə idi. Mən bunun şahidi olmuşam. Azərbaycan 3 yerə parçalanırdı. Ölkəni parçalamaq istəyən bu 3 qüvvə Azərbaycan dövləti yaratmırdı, onların hər biri başqa-başqa dövlətlərə sığınırdı. Bu gün ölkəmizdə ağsaqqala, müdrik insanlara böyük ehtiyac var. Azərbaycan xalqı həmişə öz ağsaqqalına hörmət edib və edəcək”.

QMİ sədri qeyd edib ki, dünyada iğtişaşlar baş verir, islam adı altında insanlar bir-birinin başını kəsirlər: “Bu il cənab prezidentin sərəncamı ilə Azərbaycanda “İslam həmrəylik ili” elan olunub. Cənab prezident mənə dedi ki, bu, bizim bayramımızdır. Bizim də üzərimizə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanda islama olan münasibət özünə islam dövləti deyənlərdən daha yüksəkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam