Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şeyx ölkədən gedir– Səbəb

Şeyx ölkədən gedir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

Yenixeber.org: QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd İdarənin Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirəcəyi “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında”mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərin ardınca İstanbulda baş tutacaq "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Türkiyəyə səfəri çərçivəsində Türkiyə Diyanət İşləri Başqanı vəzifəsinə yeni seçilən Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam