Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Naxçıvanda qəbirüstü tikililər sökülür! –SENSASİON QƏRAR

1486636061_vasiftalibovff

Naxçıvanda dəbdəbəli qəbirüstü abidələrin, tikililərin sökülməsinə başlanılıb.

Xeberinfo.com:   BakiPost.az xəbər verir ki, iş icraçıları bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmr imzaladığını bildirir. Onların sözlərinə görə, həmin əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanan “Qəbiristanlıqlar haqqında” qanun layihəsi əsasında verilib. Məlum olduğu kimi, qeyd olunan qanun layihəsində qəbir daşlarının standart ölçülərdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulub.

Məlumata görə, qəbirlərin üstündəki əlavə tiklilər, eləcə də, qəbrin ətrafını bağlayan dəmirdən və ya daşdan olan hasarlar tamamilə sökülür, səliqə-sahman yaradılır. Bununla əlaqədar olaraq, ilk olaraq qəbir yiyələrinə məlumat göndərilir, söküntünün onların özləri tərəfindən aparılması istənilir ki, istifadə olunan materialları götürə bilsinlər.

Bildirilir ki, bu işlər hələlik Naxçıvan şəhərində aparılır.

Naxçıvanlılar qəbiristanlıqlarda dəbdəbənin yığışdırılmasıyla bağlı qanun layihəsinin çox yerində olduğunu, lakin yeni qaydaların bundan sonra üçün tətbiqinin məqsədəuyğun olduğunu hesab edir: “Bu, çox yaxşı qanundur. Lakin bundan sonraya tətbiq edilməlidir. Bu vaxta kimi heç bir qadağa yox idi, insanlar da öz ölülərinə hörmət əlaməti olaraq dəbdəbəli qəbirlər düzəldirdi. Qanunda deyilmir ki, gedin tikililəri sökün. Deyilir ki, tikilməsinə icazə verilməsin”.

Məsələ ilə bağlı rəsmi məlumat almağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam