Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Qəbir yerləri satılmayacaq"

 

“Qəbir yerlərinin pulla verilməsi məsələləri yoxdur və olmayacaq da”.

 "Xeberinfo.com":  Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

“İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək qiymətə qəbir yerləri alanlar, belə faktlarla rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər”.

 

Komitə sədri həmçinin bildirib ki, bütün məzarlıqlar eyni olmalıdır. İnsan vəfat edəndə onun üzərində qoyulan nişanə olmamalıdır: “Sinə və baş daşına görə vəfat etmiş insanlar arasında fərq olmayacaq. Özəl qəbiristanlığa girən zaman elə birisən ki, muzeyə girirsən. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bu qanun hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub”.

 

Bunun ya qanun, ya da qərar kimi veriləcəyini deyən M. Qurbanlı bildirib ki, burada da əsas məqsəd islami dəyərlərin qorunmasıdır.

 

“Qaldı ki, özəl qəbiristanlıqlar, burada hansısa şirkət, hansısa bir qurum yer götürəcək və orada həmin qaydalara uyun qəbiristanlığı mühafizə eləmək, abadlaşdırmaq, qəbirlərin yerləşdirilməsilə bağlı məsələlər yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam