Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

MTN generallarının əmək haqları açıqlandı -1,8 milyon manat (SİYAHI)

MTN generallarının əmək haqları açıqlandı -

 

“MTN işi” üzrə təqsirləndirilən generallar və onların əməkdaşlarının sahib olduğu əmlakların cinayət yolu ilə əldə edilmiş pullar vasitəsilə alındığını sübut etmək üçün istintaq həmin şəxslərin əmək haqqını araşdırıb.

Xeberinfo.com:   “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Dövlət Təhlükəsizlik Xidmətindən Baş Prokurorluğa göndərilən rəsmi məktubda təqsirləndirilən şəxslərin son 10 il ərzində aldıqları maaş və mükafatların məbləği göstərilib.

Belə ki, 2005-2015-ci illər ərzində Sübahir Qurbanova 303 min 846 manat, Natavan Mirvətovaya 341 min 492 manat, Teymur Quliyevə 263 min 555 manat, Fizuli Əliyevə 146 min 707 manat, Natiq Alıyevə 112 min 495 manat, Zaur Məmmədova 140 min 813 manat, Fərhad Atayevə 171 min 826 manat, Anar Şirəliyevə 139 min 662 manat, Elşad Əzizova 171 min 826 manat, 2014-2015-ci illər ərzində Eşqin Əliyevə 11 min 709 manat pul təminatı, maddi yardım, mükafat, məzuniyyət və müalicə müavinətləri ödənilib.

Ümumilikdə adıçəkilən şəxslərə 1,8 milyon manat ödənilib.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlakların, avtonəqliyyat vasitələrinin, qızıl-zinət məmulatlarının dəyəri əmək haqlarından on dəfələrlə artıq olması onların qeyd olunan maddi sərvətləri qeyri-qanuni yollarla əldə etmələrini təsdiqləyən mötəbər sübut kimi qiymətləndirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam