Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Telman İsmayılov türk şirkətlərinə uduzdu -15 milyonluq iddia

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

Xeberinfo.com:   "Hürriyet" qəzeti xəbər verir ki, "Asya İnşaat A.Ş.", "Güçlü İnşaat Ltd" və "Ekodizayn İnşaat Peyzaj Ltd" şirkətləri T. İsmayılovun Antalyada inşa etdirdiyi "Mardan Palace" otelinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaya əsasən, sifarişçi otelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, otel 3 şirkətə 13 mln. lirədən artıq vəsait ödənilməlidir.

Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Otelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.

Sonuncu məhkəmə prosesində hakim otel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə "Mardan Palace" şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə ödəməlidir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 1 lirə 0,4967 manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam