Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Telman İsmayılov “Mardan Palace”ni geri aldı

Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelinin satış tenderinin nəticələri ləğv edilib.

Xeberinfo.com:   Məlumata görə, iş adamının Türkiyədə “Xalq Bank” və “Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace” otelin satışa çıxarılmasını tələb edib.

Daha sonra “Xalq Bank” satış tələbinindən çəkilsə də, “Garanti Bank” öz tələbindən imtina etməyib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan “Xalq Bank” tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.

Telman İsmayılovun borc qalmaqalı bununla da bitməyib və bu dəfə onun borclu olduğu “Güclü İnşaat” tenderin nəticəsinin ləğvi üçün məhməkəyə müraciət edib. Lakin “Güclü İnşaat”ın tələbi rədd edilib.

Sonda isə biznesmenə aid AST şirkəti məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.

Məsələyə “Mardan Palace” otelinin baş direktoru Çətin Pəhləvan münasibət bildirib. O, məhkəmənin ədalətli qərar verdiyini və banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam