Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Banklar qoçuluq edir – Krediti ödəyə bilməyənlərin maşınları zorla alınır

981610  Borcluya məxsus girova qoyulmuş əmlakı özbaşına olaraq tutmaq, götürmək və almaq tamamilə qanuna ziddir

Xeberinfo.com:  Son zamanlar bəzi banklar tərəfindən borclulara məxsus, lakin borc predmeti olaraq ipoteka ilə yüklü edilmiş daşınar əşyaların (xüsusilə, avtomobilləri) heç bir məhkəmə qərarı olmadan borclunun əlindən alınması faktı aşkar olunmaqdadır. Avtosfer.az bununla bağlı kiçik bir araşdırma aparıb və maraqlı faktlar üzə çıxıb. İlk növbədə nəzərinizə çatdıraq ki, bankların bu cür yanaşması tamamilə qanunaziddir. Lakin bəzi banklar qoluzorlu adamların gücündən istifadə edərək girovda olan avtomobilləri müxtəlif yollarla müştərilərin əlindən alırlar. Məsələn, bankın əməkdaşı ödənişi gecikdirən sürücüyə zəng edib hansısa sənədə imza atmaq lazım olduğunu deyir. Sürücü də maşınla birlikdə bank əməkdaşının dediyi yerə yaxınlaşdıqda bankın qoçuları qəflətən peyda olur və sürücüdən maşını zorla alıb aparırlar. Çox təəssüflər olsun ki, bu cür situasiyalara bəzən polis əməkdaşları da dəstək vermiş olurlar. Bilərəkdən və ya bilməyərəkdən edilən bu cür hərəkətlər polisin fəaliyyətinə uyğun deyil. Çünki avtomobilin saxlanılması barədə bankın şifahi qərarı ilə hərəkət etmək doğru deyil. Bunun üçün ilk növbədə məhkəmə qərarı olmalıdır.

Bu barədə, mövcud vəziyyəti aydınlaşdırarkən müxtəlif hallarla rastlaşırıq. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən vəkil Paşa Səfərov bildirdi ki, bəzi bank əməkdaşlarına etdikləri bu cür hərəkətin qanunsuz olması barədə irad bildirdikdə onlar bunun tərəflər arasında mövcud olan İpoteka Müqaviləsinin şərtlərinə uyğun şəkildə, yəni borclu (ipotekaqoyan) tərəfindən öz vəzifələrini icra edə bilməməsini aşkar etdikdən sonra borcun ipotekaya məhkəmə qərarı olmadan yönəldilməsi faktının Müqavilədə nəzərdə tutulduğundan, mülki qanunvericiliklə, eyni zamanda “İpoteka haqqında” Qanunla mümkün olduğunu bildirirlər.
Əslində belə bir hal mümkündürmü, yaxud Bank tərəfindən edilmiş bu hərəkət qanunidirmi?
Paşa Səfərovun sözlərinə görə, qanunvericiliyə nəzər yetirdikdə müəyyən edirik ki, ipoteka predmetini ipotekaya qoyandan alınması 3 halda mümkündür:

1. İpotekaya qoyulmuş əmlakın tələblə alınması;
2. İpotekaya qoyulmuş əmlakın məcburi alınması;
3. İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi.

İpotekaya qoyulmuş əmlakın tələblə alınması halı Mülki Məcəllənin 312.3-cü maddəsində nəzərdə tutulub. Normaya görə, əgər ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini tələb edə bilər. Bu tələb üzrə qərarı məhkəmə qəbul edir.
Göründüyü kimi, ipoteka saxlayan Bankın ipotekaya qoyulan əşyanı tələblə almaq niyyəti yalnız məhkəmə qaydasında müvafiq qərar qəbul olunduqdan sonra həyata keçirilir.
Ümumiyyətlə, ipotekaya qoyulmuş əmlakın məcburi şəkildə alınması halları və bu səbəbdən ipotekaya xitam verilməsi “İpoteka haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulub. Həmin normaya görə, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.
Bundan başqa, ipoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir.
Göründüyü kimi, normada ipoteka saxlayan bankın ipotekaya qoyulan əşyanı məcburi almaq hüququ nəzərdə tutulmayıb. İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə gəlincə, bu hal da 2 yerə bölünür:

1. Məhkəmə qərarı əsasında;
2. Məhkəmə qərarı olmadan.

“İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə qərarı əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi Qanunun 39-cu maddəsində nəzərdə tutulub.
Məhkəmə qərarı olmadan ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi, eyni zamanda banklar tərəfindən onların hərəkətinə əsas verən norma kimi çıxış edən Qanunun 35.1-ci maddəsidir. Həmin normaya görə, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə aşağıdakı hallarda yol verilir:

1. İpoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda;
2. İpoteka kağızı verildiyi halda;
3. İpotekaya tutmanın yönəldilməsi əsası yarandıqdan sonra ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda;
4. Ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda.
Göstərilən hallar olmadıqda və ya ipoteka qoyanın yaşadığı (olduğu) yeri müəyyən etmək mümkün olmadıqda ipoteka predmetinə tutma yalnız məhkəmənin qərarı əsasında yönəldilə bilər.
Lakin Qanunun 38-ci maddəsinə diqqət yetirsək bəzi hallar tamamilə aşkar olunacaq. Belə ki, Qanunun 38.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir.
Buradan aydın olur ki, məhkəmə qərarı olmadan tutmanın ipoteka predmetinə yönəldilməsi yalnız notariat orqanı tərəfindən verilmiş icra qeydi əsasında həyata keçirilir. Həmin icra qeydi isə “İcra haqqında” Qanunun 6-cı maddəsinə əsasən icra sənədi hesab olunur və onun icrasını müvafiq olaraq icra məmuru həyata keçirir.
Yekun olaraq bildiririk ki, ipoteka saxlayan bankın ipotekaya qoyan borcluya məxsus ipotekaya (girova) qoyulmuş əmlakın özbaşına olaraq saxlaması, tutması, əldə etməsi, götürməsi, alması tamamilə qanuna ziddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam