Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Nikoil" Banka şikayət

 

"Nikoil" Bank kreditə verdiyi avtomobilləri ödənişi gecikdirdiyinə görə müsadirə edir. 
"Xeberinfo.com":  Məsələnin maraqlı tərəfi ondadır ki, bank maşınları məhkəmə qərarı olmadan vətəndaşların əlindən alır. 

Belə bir problemlə bu gün vətəndaş Elşən Mərdiyev üzləşib. 

O, Arqument.az-a bildirib ki, bu gün "Nikoil" Bankın Badamdarda yerləşən 6 saylı filialının əməkdaşları bir neçə gün krediti gecikdirdiyi üçün avtomobili müsadirə ediblər, amma heç bir rəsmi sənəd təqdim etməyiblər: "Mən uzun müddət Rusiyada yaşamışam. Heç orada "OMON" adamla belə rəftar eləmir. Bunlar mənimlə bandit kimi davrandılar. 90 SG 721 dövlət nömrə nişanlı avtomobili zorla əlimdən aldılar. Onlara dedim ki, krediti bir neçə günə ödəyəcəm, amma məhəl qoymadılar".

Məsələ ilə bağlı "Nikoil" Bankın 6 saylı filialı ilə əlaqə saxladıq.

Bankın məlumat mərkəzinin Nərmin adlı əməkdaşı iş vaxtı bitdiyi üçün suala cavab verə bilməyəcəklərini dedi: "Hazırda iş saatı bitib. Sabah zəng edin, bu barədə məlumat verək. Çünki iş saatı bitdiyi üçün məsul şəxslər iş başında deyil". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam