Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Bank sistemində çox ciddi problemlər yaşanmaqdadır”

 

 “Banklar ya bağlanmalı, ya da Mərkəzi Bankın tövsiyəsi əsasında iri banklar yaradılmalıdır”
"Xeberinfo.com":  Məlumata görə, bu haqda Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
O, qeyd edib ki, manatın devalvasiyası, vaxtı keçmiş kreditlərin həcminin artması bu problemlərin yaranmasına və dərinləşməsinə səbəb olub: “Ümumiyyətlə, bank sisteminin ciddi islahatlara ehtiyacı var və islahatlara çoxdan gedilməli idi. Azərbaycanda banklar birləşməli, iri banklar yaradılmalıdır. Bankların dövri vəsaitlərinin, likvidliyinin olması, kredit faizlərinin aşağı salınması vacib amillərdəndir. İslahatlar çoxdan aparılmalı idi ki, banklar bu cür aqibəti yaşamasın.
Son vaxtlar Mərkəzi Bankın İdarə Heyətində müəyyən addımlar atılsa da, həyata keçirilənlər o qədər də qaneedici deyil. Uzun müddətdir bank sistemində islahat aparılmır. Bunun nəticəsidir ki, həddindən artıq xırda banklar peyda olub. Həmin banklar əmanətləri çox aşağı faizlə qəbul edir, amma krediti yüksək faizlə verir”.
Vahid Əhmədov bildirib ki, bankların sayı azalmaqda davam edəcək: “Problemlər çoxdur. Azərbaycandakı 46 bankdan 43-ü fəaliyyətini davam etdirir. Bankların sayının çox olması əslində müsbət haldır. Amma Azərbaycanda vəziyyət bu cür davam edə bilməz. Banklar ya bağlanmalı, ya da Mərkəzi Bankın tövsiyəsi əsasında iri banklar yaradılmalıdır. Əvvəllər nizamnamə kapitalı 10 milyon manat idisə, hazırda bu 50 milyon manatla ölçülür. Bir sözlə, islahat getməlidir, bu labüddür”.
İqtisadçı-mütəxəssis deyib ki, nə qədər çox bank, alternativ variantlar olarsa, o qədər yaxşıdır: “Amma nəzərə almaq lazımdır ki, bankların yaşaması üçün vəsait olmalıdır. Azərbaycanda Beynəlxalq Bankı, “Kapitalbank” , “Paşa Bank” kimi 20-25 bankın olması kifayət edir”.
Avqustun 10-da Azərbaydanda daha bir bank – “EvroBank” Açıq Səhmdar Cəmiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə müflis elan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam