Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Nöqsanlar var və biz bunu bilirik”

d12a8c67-633e-42b4-aca0-d05c11651c3d_292

 

“Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət özünə məxsusluğu ilə seçilir. Dövlət başçısı dəfələrlə deyib ki, hakimiyyətlə xalq arasında sıx birlik yaranmalıdır. Bu, əslində belədir, xalq hakimiyyətlə bir yerdədir”.

Xeberinfo.com:   Məlumata görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, dövlət başçısının yürütdüyü siyasət nəticəsini verməkdədir: “Prezidentin dediyi kimi, məmurlar xalqın problemləri ilə maraqlanmalı, onları həll etməlidir. Bu səbəbdən hökumət nümayəndələri bölgələrdə görüşlər keçirir, vətəndaşların irad və təkliflərini dinləyirlər”.
Z.Nağdəliyev qeyd edib ki, Azərbaycan nailiyyətlər əldə edib, hazırda da bu, davam etməkdədir: “Düzdür, nöqsanlar var və biz bunu bilirik. Ona görə də problemlərin aradan qaldırılması istiqamətində işlər aparırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam