Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Seçici siyahıları ideal olmalıdır”

 

“Son seçkilər idarə və aşağı seçki komissiyalarının fəaliyyətlərini yüksək səviyyədə qurduğunu göstərir”

"Xeberinfo.com":   Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədəPrezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları il iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib. 
Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir və bunlar ölkəmizin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb: “Prezidentİlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların həyat şəraiti yaxşılaşıb və insanlar bu şəraiti, uğurları itirmək istəmirlər. Sabah daha yaxşı olmalıdır və insanlar bunun üçün səs verirlər. Bizim də məqsədimiz odur ki, səsvermədə qanun pozuntusuna yol verilməməsini təmin edək. Prezidentin tələbi odur ki, seçkilərdə şəffaflıq təmin olunsun”.
Z.Nağdəliyev seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalı olduğunu qeyd edib: “Dairənin hər birində təbliğat və təşviqat üçün açıq və qapalı yerlər var. Olmayan dairələrdə də təbliğat və təşviqat üçün belə yerlər ayrılacaq”.
Z. Nağdəliyev seçki siyahılarının dəqiqləşməsi sahəsində böyük iş görüldüyünü vurğulayıb: “Bizim seçici siyahıları bir çox ölkə üçün nümunədir. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait yaradılır. Seçki siyahılarının dəqiqləşməsi sahəsində iş hər gün davam etməli, mütləq seçici siyahıları ideal olmalıdır. Mən seçki məntəqələrində veb-kameraların quraşdırılmasını da xüsusi qeyd etmək istəyirəm. Veb-kameralar seçkilərin şəffaf keçirildiyini göstərmək üçündür”.
O, seçkilərin yüksək səviyyədə keçməsi üçün dairə və məntəqə seçki komissiyaları üçün ideal şərait yaradılmasına çalışıldığını vurğulayıb: “Ötən müzakirələrlə müqayisədə növbəti müzakirələrimiz daha yaxşı keçir, çünki fəaliyyət daha yüksək səviyyədə qurulur. Üç prezident, parlament və bələdiyyə seçkiləri seçki komissiyalarının yüksək peşəkarlığını göstərir. Hər bir şey etməliyik ki, bu sınaqdan da üzüağ çıxaq. Seçkidə xırda məsələ yoxdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam