Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Dövlət başçısı:"Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir"

 

"Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir"


Yenixeber.org:  bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Dövlət başçısı deyib ki, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilir: "Məhz Azərbaycanın təşəbbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sahəsində dənizlər nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası, şimal-cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəminiz uzunmüddətli inkişaf strategiyası təmin olunub".
Ölkəmizin dünyada multikultiralizmin mərkəzlərindən biri kimi tanındığını, Azərbaycanın dünyanın idman ölkəsinə çevrildiyini, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir.
"Cümhuriyyətin qurucuları bunu görsə idilər onlar da ölkəmizlə fəxr edərdilər" deyən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan xalqının taleyi öz əlindədir: "Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbayacn bir daha onu göstərdi ki, müstəqilliyimiz ən böyük sərvətimizdir, ən büyük xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam