Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Daha bir həbsxanadan narahatlıq doğuran xəbər

qobustan-hebsxanaZonda rəhbərlik özünü “qanundan kənar elan” edib?

Xeberinfo.com:   Daim gərgin xəbərləri ilə fərqlənən Ədliyyə nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsindən redaksiyamıza yenə də narahatlıq dolu xəbərlər daxil olub. Bildirilir ki, bu müəssisə ümumi rejimli olsa da, dustaqlara xüsusi rejim tətbiq edirlər.  Məsələn, dustaqlar açıq havaya saatla çıxarılır, onların kitabxanadan və başqa mədəni-məişət yerlərindən istifadə müddəti limitləşdirilir. Bu isə “Cəzaların İcrası Məcəlləsi” ilə tamami ilə zidd qanun pozuntusudur və mahiyyətcə dustaqlara tətbiq edilən zorakılıq sayılır.

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən bu müəssisə zaman- zaman siyasi məhbuslara ünvan olub.  “Azadlıq”ın baş redaktoru Qənimət Zahid məhbusluğun orda keçirib. O, deyir ki, o dustaq olarkən, “17” ümumi rejim idi, amma orda bir korpus ciddi rejimli idi: “ Görünür indi işi asanlaşdırmaq və müəssisə daxilində “həmrəylik” yaratmaq üçün qanunu dəyişməyə ehtiyac duymadan özləri rejimi dəyişiblər, hamı ilə ciddi rejim qaydaları əsasında davranırlar. Şübhəsiz bu çox böyük pozuntudur, pentensiar xidmət dərhal məsələyə müdaxilə eləməlidir”.

Hazırda tanınmışlardan “Azadlıq” qəzetinin siyasi şərhçisi, AXCP funksioneri Seymur Həzi və hüquq-müdafiəçisi Hilal Məmmədov adıçəkilən “zon”da saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam