Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Nazirlikdən 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı açıqlama

 

14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verməsi haqda məlumat yayılıb.

"Xeberinfo.com": Bu barədə “Yeni Müsavat”a daxil olan məlumata görə məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz edirlər. Ehtimal olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib. Hazırda müəssisənin ətrafında çoxsaylı post patrul xidməti maşınları var.

Siyasi məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də orada saxlanılır. 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, müəssisə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi küləkli havada vəziyyət dözülməz olur.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 9-da da 14 saylı CM-də qiyam baş vermişdi.

* * *
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, daxili intizam qaydalarını pozan məhkumlar digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər.

Həmin məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Penitensiar Xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib.

Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb.

Penitensiar Xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam