Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

İcra başçısı 01-AA-001 seriyalı avtomobil nömrəsini hələ təhvil verməyib

 

İradə Gülməmmədova hazırda «002» seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb.

Xeberinfo.com:   Zakir Fərəcovun Sumqayıta təyinat almasından sonra Abşeron rayonuna onun müavini işləmiş İradə Gülməmmədovanın təyin edilməsi hər iki isimlə bağlı zaman-zaman maraqlı iddiaların ortaya çıxmasına səbəb olub. Bu təyinatdan öncə adı heç bir siyasi çevrələrdə çəkilməyən İradə Gülməmmədovanın birdən-birə Abşeron kimi böyük bir rayona gətirilməsi o dövürdə də təəccüb doğurmuşdu. Daha sonralar bu təyinatın altında Zakir Fərəcovun adının yatdığı ortaya çıxmışdı.

İradə Gülməmmədovanın fəaliyyəti ilə bağlı azxeber.com-a daha bir ilginc məlumat daxil olub. Məlumata görə, İradə Gülməmmədova Zakir Fərəcovdan o qədər asılı vəziyyətdə qalıb ki, hətta xanım başçı ona məxsus olmalı olan 01-AA-001 seriyalı nömrəsini belə geri ala bilməyib. Məlum olduğu kimi, Z.Fərəcov Sumqayıta təyinat aldıqdan sonra məhz bu seriyalı avtomobili ilə Sumqayıt Rayon İcra Hakimiyyətin getmişdi. O hələ də bu nömrəni Abşeron Rayon İcra Başçısı olan İradə Gülməmmədovaya qaytarmayıb. Xanım icra başçısı isə hazırda "002” seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam