Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qadın başçı ilə bağlı maraqlı faktlar

 

Dünən prezident İlham Əliyevin sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin icra başçısı təyin edilib. İcra hakimiyyətinə qadın başçının təyin olunması ictimaiyyət arasında böyük marağa səbəb olub.

"Xeberinfo.com":   Məlumata görə, AzNews.az saytı məsələnin aktuallığını nəzərə alaraq İradə Gülməmmədova haqda bəzi məlumatlar əldə edib.

Həmin məlumatları təqdim edirik:

İradə Gülməmmədova Şuşada ziyalı ailəsində anadan olub. O, Şuşanın 4 nömrəli orta məktəbini bitirib. Ailədə 5 uşaq – 3 bacı, 2 qardaş olublar. Qardaşları Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

Tibb Universitetini bitirən İradə Gülməmmədova Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir müddətdən sonra isə Abşeron Rayonu Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İradə Gülməmmədova 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışır. O, öncə icra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsində işləyib. Daha sonra həmin şöbə üzrə başçının müavini vəzifəsinə qədər yüksəlib.

O, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Rayonla bağlı bir neçə kitabın məsləhətçisi və tərtibatçısıdır. İ.Gülməmmədova həmçinin YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvüdür.

Ailəlidir, 2 övladı (1 qızı və 1 oğlu) var.

irada3

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib və Sumqayıt şəhərinə başçı göndərilib. Onu İradə Gülməmmədovanın əvəzləməsi müəyyən qədər gözlənilməz olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam