Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Sonuncuların xəbərdarlığı -Tehran hakimiyyəti post-Xamenei dövrünə hazırdırmı?

news content

İranda inqilab etmiş nəsil daha 46 il yaşlaşıb. Yəni həmin illərdə 18 yaşı olmuş gənclər indi 64 yaşındadır. Məhəmmədrza şah rejimini görənlərin sayı azalır. 

Yenixeber.org: İran əhalisinin çoxu inqilabdan sonra doğulanlardır. Tehran hakimiyyətinin səlahiyyətliləri müxtəlif səbəblərdən ölkə əhalisinin yaşlandığını da etiraf edirlər. 

Deməli, ölkədə inqilabdan doğulanlar artıq bu rejimi bəyənib qəbul etmir. Hakimiyyətin islahat keçirməsinə, yeniləşməsinə ehtiyac var.

Üç il öncə İrandakı etiraz aksiyaları İran hakimiyyətinə, onun siyasi və hərbi elitasına münasibəti göstərdi. “Diktatora ölüm!”, “Xameneiyə istefa!” kimi şüarlar, Xomeyni, Xamenei, Qasim Süleymani və başqalarının posterlərinin yandırılması də yeni nəslin mövcud hakimiyyətə etirazının nümayişi idi. 

Bu ilin aprelində bir yazı qarşıma çıxdı. Orada bildirilirdi ki, altı il öncə 14 siyasi fəal misli görünməmiş bir addım ataraq, Seyid Əli Xameneiyə ünvanladıqları bəyanatda onun istefasını, hakimiyyətdən əl çəkməsini və İslam Respublikasından getməsini tələb etmişdilər. Həmin 14 iranlı həbs olundu, ağır həbs cəzalarına məhkum edildilər. 

Son üç ildə İranda müxtəlif təbəqənin nümayəndələri Xamenei başda olmaqla hakimiyyətin istefasını tələb edir. 

“Evin” zindanında həbsdə olan siyasi məhbus Mehdi Mahmudian İslam Respublikasının rəhbərinə “Məhv olmuş qəlbdən məhvediciyə məktub” başlıqlı müraciət ünvanlayaraq, İranın ali rəhbərinin istefasını tələb edib. O, İslam Respublikası rəhbərliyini ölkə əhalisinin və iranlıların həyatını məhv edən əsas amillərdən biri olaraq göstərib. 

İranda son etiraz aksiyalarında ən çox səslənən şüarlardan biri də budur: “Sizdən heç nə istəmirik, yığışıb gedin!” 

Bu, yeni nəslin, inqilabdan sonra doğulanların hakimiyyətə sərt ismarışıdır. Yerli mütəxəssislər bildirir ki, Tehran rejimi xalqın ən qiymətli sərvəti olan canını əlindən alıb. 1979-cu ildən bu günə qədər hakimiyyət yalan vədlər verib. İran xalqını qəzəbləndirən və qışqırdan 46 illik yalanlar, boş vədlər, alçaldılmalar, fundamental hüquqlarının daim tapdanmasıdır. Xomeynidən tutmuş Xameneiyə, fundamentalistlərdən islahatçılara qədər bütün insanlar təcrübə vasitəsilə öyrəndilər ki, mövcud struktur və hökumətlə ölkəni xilas etmək üçün heç bir üfüq yoxdur.

İran xalqı hesab edir ki, din xadimi kimi tanınanlar və SEPAH generalları təkcə hakimiyyəti deyil, ölkəni də işğal ediblər. 

Xalqın hakimiyyətə inamı qırılıb. İsraillə 12 günlük müharibə, nəticəsiz danışıqlar, sanksiyalar, dolanışıq və sosial ədalət haqqında davamlı yalan açıqlamalar ölkədə hakimiyyətin sosial bazasını sıradan çıxarır. 

Onlar 46 ildir islam dinin görkəmli şəxsiyyətlərinin adından sui-istifadə edərək, insanların heysiyyatı ilə oynayır, onları mənəvi cəhətdən də istismar edirlər. 

Kian Pirfələyin anası kimi ədalət istəyən analar övladlarının nəşi oğurlanmasın deyə, gecə-gündüz meyitin keşiyinin çəkib, oyaq qalıblar.

İranda sosial tələblərlə çıxış etmiş fəhlələrin, müəllimlərin, təqaüdçülərin həbs edilməsi hakimiyyətin gücsüzlüyünü göstərir. 

Son 20 ildə İranda etiraz aksiyaları hakimiyyətin islah olunub, vətəndaşların haqlı tələblərinə müsbət qarşılaması üçün yetərli olmadı. 

Elə zənn edilirdi ki, 12 günlük müharibədə İsrail ayətullah Seyid Əli Xamenei hakimiyyətini devirəcək. Ancaq bu baş vermədi. Çünki bu əməliyyatın əsas hədəfi nüvə, hərbi obyektləri, SEPAH rəhbərliyi, nüvə alimləri olub. İsrail İran hakimiyyətinə Livan “Hizbullah”ı və HƏMAS kimi yanaşmadı. Tehran rejimi ilə onlar kimi davranmadı. 

Ehtimal etmək olar ki, bu, Xameneiyə və başqalarına hörmət-minnətdən irəli gəlmir. Bəs niyə Tehran hakimiyyəti başçıları İsmayıl Həniyə, Həsən Nəsrullah kimi zərərsizləşdirilmədi? 

Çünki İsrailin hədəfində HƏMAS, “Hizbullah” və yəhudi dövlətinin təhlükəsizliyini təhdid edən silahlı qruplaşmaların başçılarının öldürülməsi var. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, oxşar addım atılması İran liderləri üçün nəzərdə tutulmayıbmış. Belə hesab etmək olar ki, ABŞ və onun müttəfiqləri ölkədə və regionda xaosun yarana biləcəyi təhlükəsindən ehtiyatlanıblar. Bu vəziyyət yaranacağı halda İranda silahlı qruplar ortaya çıxa, ölkədə idarəolunmaz dərəcədə hərc-mərclik yaran bilərdi. Bu isə qonşu ölkələr üçün problem yaradardı. Başqa tərəfdən, ən vacib məsələ indiki rejimin yerinə siyasi qüvvə hazırlığının olmaması sayılır. 

Hakimiyyəti kim əvəzləyəcək sualı həmişə var. Xameneinin müşaviri və hərbi sahə üzrə köməkçisi Yəhya Rəhim Səvəfinin oğlu Həmzə Səfəvi də buna oxşar vəziyyətə cəmiyyəti hazır olmağa çağırıb. O, bildirib ki, İran cəmiyyəti liderin öldürülmə ehtimalına hazır olmalıdır. 

Tehran Universitetinin siyasi elmlər professoru Həmzə Səfəvi müsahibəsində Seyid Əli Xameneinin öldürülməsi ehtimalı və İsrailin bunu etmək qabiliyyəti barədə bir neçə dəfə danışıb. O, bu ehtimalı “dağıdıcı və narahatedici ssenari” adlandırıb. Həmzə Səvəfi İsrailin bu addımı ABŞ təsdiqləmədən də ata biləcəyini ehtimal edib: “ABŞ Prezidenti Donald Tramp deyib ki, İsrail bunu etmək istəyib, onları dayandırıb. İndi sual budur: “Bir gün onlar bunu ABŞ-nin icazəsi olmadan edərlərsə, ABŞ nə edəcək?”

Müşavir Rəhim Səfəvi İranla İsrail arasında 12 günlük müharibədən sonra mövcud vəziyyət haqqında belə danışıb: “Biz indi atəşkəs vəziyyətində deyil, müharibə mərhələsindəyik. Bizimlə Ştatlar və İsrail arasında heç bir protokol, qanun, müqavilə imzalanmayıb. Biz hərbçilər ssenari yaradırıq, biz pis vəziyyəti görürük və bu plana hazırlaşırıq”.

Ata-oğulun açıqlamalarından belə çıxır ki, İranı yeni müharibə gözləyir, bu dəfə hədəfdə Xamenei olacaq. 

Həmzə Səfəvinin çıxışı həm də İranda yeniliyə hazır olmaq çağırışı kimi dəyərləndirilə bilər. 

Bütün hallarda, Xameneinin vəzifə səlahiyyətlərini icra edə bilməyəcəyi vaxt gələ bilər. İran cəmiyyəti o ana hazırdırmı? Hakimiyyət içindən bu yeniliyə hazırlaşanlar varmı? Yoxsa, Əfqanıstandakı kimi ümidi ABŞ-yə bağlayacaqlar? Axı Məhəmmədrza şahdan sonra İranda müvəqqəti hökumətə başçı, ilk baş nazir olmuş, Azərbaycan türkü Mehdi Bazərganı bəyənmədilər...

İnqilabdan sonra doğulanlar mövcud rejimlə barışmır. Onlara “Zet” nəsli də deyilər. Latın əlifbasında sonuncu hərf olsa da, onlar yenilik uğrunda birinci olurlar.(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam