Milli Məclisin plenar iclasının gündəliyi dəyişdi
Milli Məclisin oktyabrın 10-da keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Yenixeber.org-un məlumatında görə, iclasının gündəliyinə təklif olunan məsələlərin sayı 14-dən 13-ə düşüb.
Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi siyahıdan çıxarılıb.