Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Gilan Kərpic Zavodunda faciə:30 yaşlı fəhlə yıxılaraq öl*ü

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Yenixeber.org: Hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodundə qeydə alınıb.

İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.

Qaradağda kərpic zavodunda baş verən ölüm hadisəsi ilə bəzi təfərrüatlar məlum olub.
 Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kəpric zavodunda təmir işləri aparan Əfqan Babayev adlı şəxsin dam örtüyündən yıxılaraq öldüyü barədə məlumat yayılıb. Mediada dərc olunan xəbərlərdə zavodun adı qeyd edilməyib.  Apardığımız araşdırma nəticəsində məlum olub ki, olay Gilan Kərpic Zavodunda baş verib. Bu iddianı əməkdaşımıza zavoddan da təsdiqləyiblər.
media-300
Gilan Kərpic Zavodu 2016-cı ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Zavodun rəhbəri İbrahimov Rəhman Faiq oğludur.   Zavod əvvəllər Qaradağ Kərpic Zavodu adı ilə fəaliyyət göstərib.
Zavodun rəhbəri Rəhman İbrahimova gəlincə, onun adı, soyadı və atasının adı 2016-cı ildə avtoxuliqanlıqla gündəmə gələn və mediada “Zadnıy Rəhman” kimi təqdim edilən İbrahimov Rəhman Faiq oğlunun adı, soyadı və atasının adı ilə üst-üstə düşür.
Bəzi məlumatlara görə, zavodun rəhbəri ilə avtoxuliqanlıqla gündəmə gələn “Zadnıy Rəhman” eyni şəxsdir. Lakin bunu zavoddan dəqiqləşdirmək mümkün olmayıb.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam