Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İcra başçıları arasında savaş:Zakir Fərəcovun "B" planı nədir?

İcra başçıları arasında savaş:

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova arasındakı münasibətlər gərginləşib.

Xeberinfo.com:   Bu barədə AzToday.az-a daxil olan məlumatda bildirilir ki, İradə Gülməmmədova onu Abşerona icra başçısı təyin etdirən Zakir Fərəcova arxa çevirib. Bu da Sumqayıtın icra başçısını özündən çıxarıb. Mənbə iki icra başçısı arasındakı münasibətlərin kəskinləşməsinin səbəbini İradə Gülməmmədovanın hakimiyyətdə başqa bir qruplaşmanın nəzarətinə keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Zakir Fərəcovla nəyin bahasına olursa olsun, ona arxa çevirən İradə Gülməmmədovanı vəzifəsindən uzaqlaşdırmağa və onun yerinə Abşeron rayon İcra Hakimiyyətində müavin işləyən qohumu Məhəmməd Həsənovu gətirmək istəyir.
Məlumata görə, Zakir Fərəcovun niyyətinin fərqində olan xanım icra başçısı müavini Məhəmməd Həsənovu bütün işlərdən uzaqlaşdıraraq, onun işlərini özünün etibarlı adamlarına tapşırıb. Rayondakı problemlərini yuxarı dairələrə çatdırılmasının qarşısını almaq üçün İradə Gülməmmədova son günlər kənd və qəsəbələrəd səyyar görüşlərə başlayıb. İndiyə kimi kabinetindən kənara çıxmayıb, rayonu idarə edən icra başçısının son günlər  əhalinin probelmlərini onların öz dilindən esidib, həll etməyə cəhd etməsi ilginc məqamlardan xəbər verir.  
Zakir Fərəcovla İradə Gülməmmədova arasındakı gərginliyi araşdırmaqda davam edirik.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam