Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Tramp Ərdoğandan nə xahiş edib? -Türkiyə lideri açıqladı

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Tramp Ankaradan HƏMAS-ı Fələstin münaqişəsinin həlli prosesində iştirak etməyə razı salmasını istəyib.

Yenixeber.org-un məlumatına görə, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib:

"ABŞ-a səfərimiz və son telefon danışığımız zamanı prezident Trampa Fələstin məsələsinin mümkün həll yollarını müzakirə etdik. O, bizdən xüsusi olaraq HƏMAS ilə görüşməyi və onları danışıqlara razılıq verməyə inandırmağı xahiş etdi. Bu məsələ ilə bağlı dərhal tərəfdaşlarımızla əlaqə saxladıq".

O, Türkiyənin Trampın münaqişəni sülh yolu ilə həll etmək səylərini dəstəklədiyini və HƏMAS-ın mübahisəli ritorika olmadan danışıqlara hazır olduğunu bildirib.

“Hesab edirəm ki, bu, çox dəyərli addımdır”, - deyə prezident əlavə edib.

Ərdoğan həmçinin vurğulayıb ki, İsrail hələ də prosesə konstruktiv yanaşma nümayiş etdirməyib. "İsrail-Fələstin münaqişəsini iki dövlətli həll əsasında həll etməyə çalışacağıq. Bütün fələstinlilər bilir ki, Türkiyə Fələstinin maraqlarını müdafiə edir. Biz öz hüquqlarımızı müdafiə etdiyimiz kimi, Qəzzanın məzlum xalqının da hüquqlarını müdafiə edəcəyik".

Qeyd edək ki, bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlar keçirilir.

R.T.Ərdoğan deyib ki, Türkiyə Misirdə radikal HƏMAS qruplaşmasının nümayəndələri ilə İsrail arasında aparılan danışıqlarda müsbət nəticəyə ümid edir.

"HƏMAS Trampın sülh planına müsbət cavab verməklə sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirdi. Şarm əl-Şeyxdəki danışıqlar vacibdir. Biz yaxşı xəbər alacağımıza ümid edirik",- prezident deyib.

Türkiyə lideri vurğulayıb ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün atəşkəs lazımdır.

Ərdoğan Donald Trampın təklif etdiyi sülh planına toxunaraq, "Sülh tək qanadlı quş deyil. Sülhün bütün yükünü fələstinlilərin və HƏMAS-ın üzərinə qoymaq ədalətsiz, yanlış və real deyil. Atəşkəs və ədalətli sülh ən ağlabatan variantlardır" deyib.

O, həmçinin qeyd edib ki, bu gün ən böyük problem İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələrdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam