Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

207 saylı körpələr evində direktor ərzaqları öz bağçasına daşıtdırıb? -Araşdırma aparılır

media-9000
207 saylı dövlət uşaq bağçasının valideynləri iddia edirlər ki, müəssisənin direktoru Yeganə Sadıqova dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırır. Valideynlərin sözlərinə görə, bağçada hər bir uşaq üçün əlavə olaraq 20 manat məbləğində “fond pulu” toplanır.
Yenixeber.org: Həmin pulu ödəməyən uşaqlar isə bağçadan uzaqlaşdırılır. Baku TV iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün 207 saylı bağçada olub. Bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, Yeganə Sadıqova bu iddialara görə ərizə yazaraq vəzifəsindən ayrılıb: “Yeganə müəllimə bu söhbətlərə görə ərizəsini yazıb işdən çıxıb. “Fond pulu” burada könüllüdür, məcburi deyil. Yeganə xanımın bağçası yoxdur, özünün tədris mərkəzi var, o da təzəlikcə fəaliyyətə başlamışdı. O dedi ki, əgər mənim haqqım, əməyim itirilirsə, onda ərizəmi yazıb gedirəm”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır: “Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq addımlar atılır”.
Daha ətraflı Baku TV-nin videomaterialında:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam