Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəbrayılda Şəhər günü qeyd edildi - FOTOLAR

Cəbrayılda Şəhər günü qeyd edildi - FOTOLAR

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində artıq ikinci ildir ki, sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər.

Yenixeber.org: Tədbirin əvvəlində rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən foto və interaktiv sərgi nümayiş etdirilib, həmçinin, şəhərin balaca sakinləri üçün “face art” / feys art və interaktiv əyləncəli oyunlar təşkil edilib.

Tədbirin davamı olaraq, incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri şəhər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad edilmişdir. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam