Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda yeni institutlar yaradıldı - Bəziləri birləşdirildi -SİYAHI

 

Azərbaycanda elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır.

Yenixeber.org-un məlumatına görə, bu məqsədlə Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin tabeliyində yeni institutların yaradılması barədə qərar qəbul edib.

Qərar Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli sərəncamının icrasını təmin etmək məqsədilə verilib.

Sənədə əsasən, bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi və Molekulyar Biologiya institutları yaradılıb.

Eyni zamanda, bəzi elmi müəssisələrin tabeliyi dəyişdirilib. Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilib.

Bundan başqa, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə keçib.

Nazirlər Kabinetinin qərarına əsasən, yeni institutların nizamnamələri iki ay müddətində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək. Daha sonra həmin qurumların dövlət qeydiyyatına alınması təmin ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam