““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -PREZİDENTƏ MÜRACİƏT
3 aydır ki, yuxarı dövlət orqanlarına əməkhaqqımızın qalan hissəsinin ödənilməsi üçün 5 dəfə ardıcıl müraciətlər etmişik…
Bu iddia Şəki rayonun Baş Göynük kəndində yaşayan Xəlilov Məmmədəli Əkrəm oğlu (mob. 070-588 86 81), və Əliyev Bəxtiyar Rüfət oğlu (070-8311234) tərəfindəb başda cənab prezident olmaqla, bir sıra yüksək instansiyalara ünvanlanmış və bir surətidə Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır.
Aktuallığını nəzərə alıb, müraciəri müəyyən düzəlişlərlə dərc edirik:
“270000 manat borcu olan “Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramovanın bizi rəsmi və qeyri-rəsmi işlədərək, əmək haqqımızı verməməsi üçün bizi mətbuatda dələduz və böhtançı adlandırması, təzyiq göstərməsi, məsələnin həlli üçün arxalandığı sponsorlara güvənərək aidiyyatı yuxarı dövlət orqanlarını nəzərə almaması və Körfəz ölkələrinə yarasız günəbaxan yağının idxalı ilə bağlı ”
Ş İ K A Y Ə T Ə R İ Z Ə Sİ
Çox hörmətli, cənab Prezident və Ali Baş Komandan İlham Əliyev! Biz sadə insanlar elə başa düşürük ki, Siz Müzəffər Komandan olaraq Qarabağ torpaqlarını ondan ötəri işğaldan azad etmisiniz ki, müqəddəs torpaqlara vətəndaşlarımız qayıtsın, quruculuq-abadlıq işləri görülsün.
Bir daha qısa olaraq xatırlatmaq istəyirik ki, “Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova tərəfindən bizi işlədərək sonradan bəhanələrlə əmək haqqımızı verməməsilə bağlı Sizə və aidiyyatı qurumlara 28 iyul 2025-ci il tarixində etdiyimiz müraciətdən dərhal sonra filioloq ixtisaslı biznes –ledi G.Bayramova mətbuata-konkret olaraq aktualinfo.org saytına “Gülpəri Bayramova “Qarabağ oil” zavodu haqqın daolunan şikayətə aydınlıq gətirdi” başlıqla açıqlama verərək bizi dələduz və böhtançı adlandırmışdır.
Guya biz görülən işi təhvil vermədən harasa qaçmışıq, sonradan ondan əməkhaqqımızı istəmişik və s. əsassız açıqlamalar. Hələ bu azmış kimi, onu da bildirmişdir ki, bizim barəmizdə hüquq –mühafizə orqanlarına şikayət vermişdir və artıq hüquqi prosedur da başlanmışdır.
Xatırladaq ki, 2022-ci ildə KOBİA tərəfindən “2022-ci ilin sahibkar xanımı” adına layiq görülmüş “Agro Mix” MMC-nin təsisçisi və özünü aqrar ekspert elan edən Gülpəri xanım nəinki bizim əmək haqqımızı, zovoduna cəlb etdiyi qalan 40 nəfərin də (bunlardan çoxunu ƏƏSMN-nin Məşğulluq İdarəsinin göndərişi əsasında gəlib 600 manat maaşa işləyən çarəsiz insanların da pulunu vermir. Bəli, bizim müraciətimizdən sonra onlara da 5 avqustda işlədikləri pulu verəcəklərinə söz versə də, 15 gündür ki, Bakıya gedib və kimsənin telefonuna cavab vermir. İşçilərin dediyinə görə pulsuzluqdan ancaq kartof və badımcan yeməklə, ölməmək üçün günlərini keçirirlər.Yazıqlar qorxurlar kİ, zavodu tərk etsələr Gülpəri xanım bizim kimi onların da əməkhaqqını verməyəcəkdir.
Bəli, bizim yeganə günahımız budur ki, gördüyümüz və şəxsən özünə, sonra qardaşına, sonra zavodun direktoru İsmayıl müəllimə bir-bir təhvil verdiyimiz və qəbul olunmuş işlərə görə heç bir etiraz və irad bildirilmədiyi halda, biznes-ledi iyulun 29-da qərara almışdır ki, (iki ay sonra) bizi prokurorluğa verib, gözümüzü qorxuzsun ki, bir daha pulumuzu istəməyək. Və məhz pulumuzu istədiyimizə görə də o bizdən xəbərsiz bizi işdən çıxarmışdır. Və bizə çatacaq pulu vermək fikri də yoxdur. Bizi işdən çıxarmağın əsas səbəbi də əməkhaqqımızı istəməyimizdir.
Biz mayın 10-da “Qarabağ oil” zavodunda işə başlarkən zavod daxilindəki, uzun illərdir ki, fəaliyyət göstərməyən və bu səbəbdən tam yararsız hala düşmüş qurğu və avadanlıqların yenidən qurulmasını təşkil edib onları işlək vəziyyətə gətirərək. Bəli, biz buxar qazanlarının daxili sistemlərinin təmizlənməsi, vintil və vanların bərpası və az qisminin yenisilə əvəz edilməsi , borudaxili paslanmaların təmizləmə işləri və s. görüb 10 gün müddətində işi rəhbərliyə təhvil vermişik. İşə başlamazdan əvvəl bütün avadanlıqların ilkin vəziyyətinin foto və videosunu çəkmişik.(maddi sübutların az qismi təqdim edilir) Təkcə 100-dən çox vintilləri təmir edib, işlək vəziyyətə gətirmişik. Yəni tək buna görə zavoda 40000 manat xeyir vermişik. Vana detallarının çoxunun yenisilə əvəz olunmalı olduğu halda anbarda olmadığından biz onların proxladkalarını, boltlarını yeniləməklə işlək vəziyyətə gətirmişik. Böyük buxar qazanlarının və paslanmış dəmir boru xəttlərinin işərisi pas, palçıq və korroziya olunduğundan gecə gündüz dayanmadan işləyib onu qismən yaralı vəziyyətə gətirmişik. Yəni, qısası, biznes –ledinin dediklərindən fərqli olaraq biz gördüyümüz işlərin sübutunu ortalığa qoymuşuq və işi tamamlayıb təhvil verdikdən sonra pulumuzu istəmişik, qaçmamışıq. O isə bizi işdən bizim xəbərimiz olmadan əmək müqaviləmizə 1 ay öncədən xəbərdarlıq etmədən xitam verməklə düşünmüşdür ki, Oğuz türklərini də belə istismar edib yola salıb. Amma filioloq xanım çox yanılır. Çünki biz işlədiyimiz müddətdə elevatorların içində siçovulların necə qaçışdığını hamısının video lentə almışıq. Əslində isə bu zavodda bütün qurğu və avadanlıqların demək olar ki, hamısı yenilənməli və montaj olunaraq istifadəyə verilməli idi. Bizim əməyimizlə birtəhər ordan burdan detal tapıb düzəltməklə, korroziyaya uğramış daxili sistemləri müəyyən qədər yuyub təmizləməklə zavod işlətmək, yəni çoxsaylı zərərli baktereloji amili nəzərə alaraq qida istehsal etmək qəti olmaz. Bu həm daxil , həm də xarici bazar alıcılarının sağlamlıqlarının birbaşa təhlükəyə atılması deməkdir ki, təcili olaraq AQTA məşğul olmalı, FHN-nin əməkdaşları isə hər hansı nüfuzlu şəxsin zənginə baxmayaraq zavoda istismar aktı yazmamalıdır.
Bəli, biz xanım biznes-ledi G.Bayramova reklamlarda verdiyi pozlarda olduğu kimi deyil, real həyatda tam başqa birisi olduğu, yəni göründüyü kimi olmadığı üçün və Azərbaycanda qısa zaman kəsiyində geniş nüfuzlu şəxslərlə işbirliyində olduğunu nəzərə alaraq, məhz cənab Prezidentə müraciət etmək zorunda qalmışıq ki, əməkhaqqımızı ala bilək. Vəssəlam.
Budur, 3 aydır ki, yuxarı dövlət orqanlarına əməkhaqqımızın qalan hissəsinin ödənilməsi üçün 5 dəfə ardıcıl müraciətlər etdik. Lakin çox təəssüflər olsun ki, Gülpərinin yuxarılarda outran sponsor kimdirsə bu günədək heç bir aidiyyatı dövlət qurumu bizə adi bir cavab yazıb göndərmədi. Bəli, Gülpəri bizi əvvəlcədən xəbərdar edəndə əvvəl başa düşməmişdik ki, o heç nəyi nəzərə almır. Elə də oldu. Amma gecə gündüz işlətdiyi 40 nəfər işçisinin pulunu nəhayət sentyabr ayında ödəməyə məcbur oldu. Oradakı yoldaşlar pulsuzluqdan əziyyət çəkib yalnız günlərini qaynanmış su içməklə keçirirdilər. Yaxşı ki, bizim müraciətlərdən sonra Gülpəri hardasa insafa gəldi. Qaldı bizim işlə bağlı müraciətlərə. Həqiqətən Gülpəri kimilərinə sponsorluq edən dövlət məmurları seçimlərində yanılmayıblar. Ona bundan sonra “DƏMİR BİZNES LEDİ” adı vermək lazımdır ki, ölkədaxilində bizim kimi kasıbları, ölkə xaricində isə körfəz ölkələrinin sadəlöhv iş adamlarını istehsal edəcəyi yağ məhsullarını sırımaqla çoxsaylı PULLAR qazana bilsin. Amma inanırıq ki, onun da taleyi Adnan Əhmədzadədən geri qalmayacaq. Çünki bizi kimilərinin əməkhaqqını vermədiyinə görə Azərbaycanda kimsənin cəzalandırmasına gücü çatmasa da UCA ALLAH nəhayət onu cəzalandıracaq. Dövlət Əmək Müfəttişi də bir az utansın. Haram xoşu olsun.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.