Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycanda iki yeni milli park yaradılıb -SƏRƏNCAM

 

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın - Axar-Baxar və İlisu - yaradılması barədə sərəncam imzalayıb.

Yenixeber.org-un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq.

İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, 13966 hektar sahədə yaradılacaq.

Sərəncamda bildirilir ki, milli parkların yaradılmasında məqsəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam