Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Almaniya səfiri: "Avropanın "yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu artır"

 

Avropanın "yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu getdikcə daha əhəmiyyətli xarakter daşıyır.

Yenixeber.org-un məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azerbaijan”) iclasında bildirib.

"Ölkələrimiz arasında iqtisadi əlaqələri gücləndirmək vacibdir. Bu kontekstdə xüsusilə Avropanın "yaşıl iqtisadiyyat"a doğru enerji transformasiyasında Azərbaycanın artan rolunu vurğulamaq lazımdır. Almaniya şirkətlərini bu əməkdaşlığın inkişafında daha fəal iştirak etməyə çağırıram", - diplomat qeyd edib.

Tədbirdə palatanın üzvlərinin sayının 21 şirkət artaraq 194-ə çatdığı bildirilib.

“AHK Azerbaijan”ın icraçı direktoru Nargis Vik palatanın həm Azərbaycanda, həm də Almaniyada iqtisadi artıma töhfə verən ikitərəfli layihələrin və strateji tərəfdaşlıqların təşviqinə sadiqliyini vurğulayıb.

Azərbaycanın enerji planlarına əsasən, 2027-ci ilə qədər ölkədə ümumi qoyuluş gücü təxminən 2 QVt olan 8 günəş və külək elektrik stansiyasının tikintisi planlaşdırılır. Bu layihələrə həm xarici, həm də daxili mənbələr hesabına investisiya qoyuluşu 2,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Layihələrin həyata keçirilməsi ildə təxminən 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsal etməyə, enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 32,6 %-ə çatdırmağa, ildə 1,2 milyard kubmetr qaza qənaət etməyə və istixana qazı emissiyalarını 2,5 milyon ton azaltmağa imkan verəcək.

Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü 7 QVt-a çatdırmağı və bu həcmin 5 QVt-nı ixrac etməyi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam