Əhməd Məmmədli həbs edildi -SƏBƏB
Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Yenixeber.org: Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə Əhməd Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.