Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Sevinc Fətəliyevanın qohumu vətəndaşı cana doyurub... -Şikayət

      

 
Yenixeber.org: Ölkədə haqqın, ədalətin tapdalandığı haqqında çox yazılsa da, hələ də bu cür hallar qalmaqdadır. Prokurorluq, məhkəmə, polis, icra orqanlarının haqsız, ədalətsiz əməllərindən, vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşları təngə gətirməsində çox yazılsa da, danışılsa da, hələ də bəzi məmurlar bu əməllərini davam etdirirlər ki, bu da vətəndaşları ölkəni tərk etməyə məcbur edir. Ədalətsizlikdən, özbaşnalıqdan təngə gələn və ölkəni tərk etməyə məcbur olan vətəndaşlardan biri də Əlibəyov Nizami Tofiq oğlu və onun ailə üzvləridir. Məhz buna görə Nizami Əlibəyov mətbuat vasitəsilə prezident İ.Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli, cənab Prezident! Şəxsi maddi maraqlarına görə polis, prokurorluq, məhkəmə orqanlarının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətdikləri qanunsuz, özbaşına, saxtakar, haqsız, ədalətsiz əməlləri ucbatından bir ailənin 12 nəfər üzvü Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək qərarına gəlmişik: “Belə ki, mən Əlibəyov Nizami Tofiq oğlu Bakı şəhəri, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda yaşayıram. Mənim babam, atam Hövsan Südçülük sovxozunda anadan olmuş və daima həmin sovxozda yaşamışlar. Mən özüm də Hövsan Südçülük sovxozunda anadan olmuş və fasiləsiz olaraq orada yaşayıram. Abşeron rayon İcra Hakimiyyətinin 22.08.2000-ci il tarixli 171 Nömrəli sərəncamı ilə Abşeron Rayon Hövsan Südçülük sovxozunda həyat yoldaşım Əlibəyova Lalə İkram qızına 0,12 ha torpaq sahəsi ayrılıb. 2000-ci ildə həmin torpaq sahəsində tövlə tikmişik və həmin ildən heyvan saxlamaqla məşğuluq. Biz tövlə tikdirib heyvan saxlayanda həmin ərazidə heç bir ev, digər tikili olmayıb. Yalnız 2012-ci ildən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət ərazidə qanunsuz, özbaşına fərdi yaşayış evləri tikilməyə başlandı”.

“Bəhlul Fətəliyev pulumu tələb etdikdə borcunu qaytarmaqdan imtina etdi”

“Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində qeydiyyatda olan Fətəliyev Bəhlul Heydər oğlu saxta sənədlərlə yaşadığım Suraxanı rayonu, Hövsan Südçülük sovxozunda qonşuluğumda yerləşən Əlizadə Coşqun Nizami oğluna 99 illiyinə icarəyə verilmiş 5 hektar kənd təsərrüfatı təyinatlı toraq sahəsinin 15 sotunu 2012-ci ildə qeyri-qanuni yollarla ələ keçirib. 2012-2013-cü illərdə həmin torpaq sahəsinin təyinatını pozaraq sahədə özü, oğlu və qızı üçün qanunsuz, özbaşına fərdi yaşayış evləri tikdirib. Bəhlul Fətəliyev həmin evləri tikən vaxtlar qonşu kimi yaxşı münasibətimiz olmuşdu. 2013-cü ildə qaytarmaq şərti ilə ona borca tikinti materialları, 500 manat nağdı pul vermişəm. Vəd etdiyi vaxtdan uzun müddət keçdikdən sonra pulumu, materiallarımı geri istəyəndə məni get-gələ saldı, sonra isə mən malımı, pulumu qəti tələb etdikdə borcunu qaytarmaqdan imtina etdi. 2014-cü ildən isə barəmdə böhtan xarakterli qərəzli şikayətlər etməyə başladı”, - deyə şikayətçi qeyd edir.

“Şəxsi həyatım və ailə üzvlərimin həyatı, sağlamlığı təhlükə altındadır”

N.Əlibəyov iddia edir ki, Bəhlul Fətəliyev Azərbaycan Respublikası Prezidentinin Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı və sinif yoldaşı olmuş Səftər Hacıyevin, Dövlət Gömrük Komitəsinin sədr müavini, həmkəndlisi və arvadının qohumu olan Əsgər Abdullayevin, qohumu olan Milli Məclisin deputatı Sevinc Fətəliyevanın havadarlıqları ilə başına min bir oyun açır, onu ailəsilə təhdid edir: “Bəhlul Fətəliyev mənə və ailə üzvlərimə rahatlıq vermir, şəxsi həyatım və ailə üzvlərimin həyatı, sağlamlığı təhlükə altındadır. Polis, prokurorluq, məhkəmə orqanları, digər dövlət orqanları tərəfindən mənə qarşı qanunsuzluq və özbaşnalıqlar törədilir. Bəhlul Fətəliyev və onun ailə üzvlərinin saxtakar, dələduz, böhtançı və başqa cinayət xarakterli əməlləri isə ört-basdır edilir, özümün və 11 nəfərdən ibarət ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsi barədə Azərbaycan Respublikasının aidiyyatı polis, prokurorluq orqanları yazılı rəsmi müraciətlərimə baxmır”.

Məktub müəllifi əlavə edib ki, Bəhlul Fətəliyevlə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 4 saylı Ərazi Şöbəsinin əməkdaşları Bəhlul Fətəliyevin saxtakar və başqa qanunsuz əməllərini ört-basdır edərək, onun həyətində ölçmə işləri apardıqdan sonra ona göndərdikləri cavab məktubunda yalan məlumat qeyd ediblər: “Guya, ölçmə işləri ilə Bəhlul Fətəliyevin faktiki istifadəsində 0,04 ha torpaq sahəsinin olduğu müəyyən edilib. Halbuki, Bəhlul Fətəliyevlə aramızda yaranmış mübahisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərarda Bəhlul Fətəliyevin saxta yollarla ələ keçirdiyi 15 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 300 kvadratmetrini Əsədov Fizuli Nizami oğluna satması, həmin torpaq sahəsində qanunsuz, özbaşına fərdi yaşayış evi tikdirməsi öz təsdiqini tapsa da, həmin cinayət tərkibli əmələrə görə Bəhlul Fətəliyev cinayət məsuliyyətinə cəlb edilməyib, barəsində heç bir qanuna müvafiq tədbir görülməyib. Halbuki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanmış 02.06.2017-ci il tarixli Ə-190/3, 151/3 saylı məktubda Fətəliyev Bəhlul Heydər oğlu tərəfindən aparılan tikinti işlərinin dayandırılmasına kömək göstərilməsi xahiş edildiyi, icra hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış keçirildiyi və qeyd olunan tikinti işlərinin dayandırılması ilə bağlı Bəhlul Fətəliyevə yazılı tövsiyə edildiyi bildirilir. Bununla əlaqədar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən HK-1/601 saylı material əsasında qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2018-ci il tarixli qərarında deyilir: “Araşdırma zamanı izahatı alınan Əsədov Fizuli Nizami oğlu izahatında bildirmişdir ki, o, 2017-ci ilin aprel ayında Bəhlul Fətəliyevdən 5000 (beş min) manata 3 sot torpaq sahəsi alaraq həmin yerdə tikinti işləri aparmaq istəyən zaman qonşu Nizami Əlibəyov oraya Suraxanı Rayon İcra Hakimiyyətinin işçilərini və polis əməkdaşlarını çağırıb və ona görə də tikinti saxlanılıb”.

“Məhkəmə iclasında söylənilməmiş sözlər iclas protokolunda qeyd olunub”

“Abşeron Rayon Polis İdərəsinin müstəntiqi Fuad Nəsirovun və Abşeron rayon prokuroru R.Seyidovun mənə qarşı təşkil etdikləri saxta, qurama ittiham əsasında mənə böhtan atılaraq rəsmi sənədlərlə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2002-ci ildə mövcud olmuş tikilinin guya, tərəfimdən 2017-ci il tarixdə tikildiyi və 2007-ci il tarixdən ayağım dəyməmiş torpaq sahəsinin guya, 2017-ci ildə tərəfimdən zəbt edilərək əkib-becərdiyim və həmin il sahədə fərdi yaşayış evi tikdiyimə dair böhtan xarakterli yalan ittihamla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşam. Halbuki, Suraxanı Rayon İcra Hakimiyətinin məktubunda sahədəki tikilinin 2002-ci ildə mövcud olduğu göstərilib. Hazırda həmin torpaq sahəsini əkib-becərənlər torpaq sahəsinin mənim deyil, onların özlərinin əkib-becərdiklərini həm ibtidai istintaq, həm də məhkəmə vaxtı bildiriblər. Hazırda Suraxanı Rayon Məhkəməsinin hakmi Ramil Həsənovun icraatında olan həmin cinayət işi üzrə məhkəmə iclaslarının bütün protokolları hakim Ramil Həsənov və məhkəmə iclas katibi Bəhlul Rəhimov tərəfindən saxtalaşdırılaraq məhkəmə iclaslarında proses iştirakçıları tərəfindən söylənilənlər iclas protokolunda qeyd olunmayıb, məhkəmə iclasında söylənilməmiş sözlər isə iclas protokolunda qeyd olunub. Bəhlul Fətəliyevin həmin torpaq sahəsinin bir hissəsini saxta sənədlərlə zəbt etməsi öz təsdiqini tapdığını halda, o, məsuliyətə cəlb olunmur, mən isə torpaq zəbt etmədiyim, həmin sahəni əkib-becərmədiyim və sahədə heç bir tikinti işləri gömədiyim halda cinayət məsuliyyətinə cəlb olunuram?”, - deyə N. Əlibəyov sual edir.

“Bəhlul Fətəliyev və Teyyubə Fətəliyeva himayə olunaraq, qanunsuz əməlləri ört-basdır edilib”

Şikayətçi bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin müstəntiqi Fərid İbrahimov yalnız Bəhlul Fətəliyevin və arvadı Teyyubə Fətəliyevanın böhtan xarakterli sözlərini əsas götürüb: “Guya, Teyyubə Fətəliyevanın arxadan şəklini çəkdiyim və ona xəsarət yetirdiyim əsası ilə məni inzibati məsuliyyətə cəlb etmiş, Suraxanı Rayon Məhkəməsinin hakim Elçin Ağayev isə məni böhtan əsasında 500 manat cərimə etmiş, həmin qərardan verdiyim apellyasiya şikayətimə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Faiq Qasımov isə məni vəkillə təmin etmədən, məhkəmə iclası vaxtı məni təhqir edib, mənə hədə-qorxu gəlib, iş materialından sənədləri yoxa çıxarıb, Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin qərarını qüvvədə saxlayıb. Bəhlul Fətəliyev və arvadı Təyyubə Fətəliyeva tərəfindən 17.04, 24.04, 27.04.2017-ci il tarixlərdə daşa basılmağım, bıçaqla, balta ilə üstümə hücum çəkilmələri və söyülüb təhqirə məruz qalmağım barədə dəfələrlə DİN-nin 102 xidmətinə etdiyim şikayətlərə, özümün və ailəmin təhlükəsizliyinin təmin edilməsi barədə bütün polis, prokurorluq orqanlarına yazılı müraciətlərimə baxılmayıb, Bəhlul Fətəliyev və Teyyubə Fətəliyeva himayə olunaraq, qanunsuz əməlləri ört-basdır edilib”.

“Suraxanı rayon prokurorundan ya xahiş edib, ya da ona tapşırıq veriblər”

“02.05.2017-ci il tarixində Bəhlul Fətəliyev Fizuli Əsədova 5000 manata satdığı 3 sot torpaq sahəsində qanunsuz, özbaşına tikinti apararkən bununla əlaqədar həmin yerə gəlmiş Suraxanı RİH-nin əməkdaşları Ağasəlim Əliyev və Vüsal Hüseynovun yanında Bəhlul Fətəliyev və Teyyubə Fətəliyeva onu nalayiq sözlərlə söyüb təhqir ediblər: “Ağasəlim Əliyev və Vüsal Hüseynov məndən onlara cavab verməməyi xahiş etdi. Lakin təhqiqatçı Emin Məmmədov bu faktla bağlı Ağasəlim Əliyev və Vüsal Hüseynovdan izahat götürərkən onlara Bəhlul Fətəliyevin və Teyyubə Fətəliyevanın məni söyüb təhqir etmələrini öz izahatlarında göstərmələrinə icazə verməyib. Mənim şikayətim əsasında “araşdırma” aparmış 30-cu Polis Bölməsinin təhqiqatçısı Emin Məmmədov əksinə saxtakarlığa yol verib. 08.05.2017-ci il tarixdə şikayətimlə əlaqədar sahə rəisi polis mayoru Akif Ağayevlə Hövsan Südçülük sovxozunda şahidlər Novruz Əhmədovun, Gültəm Qarayevanın və Lalə Əlibəyovanın izahatlarını aldıqdan sonra həmin şahidlərin izahatlarını gizlədib, köhnə tarixlə “cinayət işi başlanmasının rədd edilmə saxta qərar çıxarıb. Halbuki, adını çəkdiyim şahidlərin izahatları heç bir yerdə göstərilmir. Bündan sonra, 30-cu Polis Bölməsinin təhqiqatçısı Emin Məmmədov daha bir saxtakarlıq edərək “cinayət işi başlanmasının rədd edilməsi haqında” 10.05.2017-ci il tarixli başqa bir saxta qərar çıxarıb, lakin həmin qərarda da şahidlər Novruz Əhmədovun, Gültəm Qarayevanın və Lalə Əlibəyovanın izahatları göstərilmir. Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, Bakı Şəhər Prokurorluğu, Baş Prokurorluq, Suraxanı Rayon Prokurorluğu tərəfindən rəsmi sənədlərə əsaslanan çoxsaylı şikayətlərimə qanunauyğun baxılmayaraq 30-cu Polis Bölməsinin təhqiqatçısı Emin Məmədovun saxta qərarlar qəbul etməsi və şahidlərin izahatlarını yoxa çıxarmas faktları və başqa cinayət xarakterli əməlləri ört-basdır edilib. Mənim şikayətlərim əsasında 30-cu Polis Bölməsinin və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən çoxlu sayda cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib. Həmin rədd qərarları Suraxanı rayon prokuroru tərəfindən dəfələrlə ləğv edilib. Lakin Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçı və müstəntiqləri tərəfindən, həmçinin prokuror tərəfindən ləğv edilmiş qərarlar təkrarən nöqtə və vegülünə kimi üzündən köçürülüb, cinayət işi başlanmasının rədd edilməsi haqqında təkrar qərarlar qəbul edilib. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Musa Məmmədov mənim üzümə dedi ki, Bəhlul Fətəliyevin və arvadı Təyyubə Fətəliyevanın əməllərində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət tərkibi vardır, lakin Suraxanı rayon prokuroru Rəhim Əliyev cinayət işi başlamağıma icazə vermir. Əgər prokuror buna icazə verərsə, həmən saat cinayət işi başlayar. Görünür, Bəhlul Fətəliyevin yuxarıda göstərilən mötəbər səlahiyyətə malik havadarları Suraxanı rayon prokurorundan ya xahiş edib, ya da ona tapşırıq veriblər. Bəhlul Fətəliyev və arvadı Təyyubə Fətəliyevanın böhtanları əsasında etmədiyim xətaya görə məni cəzalandırırlar. Lakin mən söyülüb, təhqir olunur, üstümə balta-bıçaqla hücum çəkilir, evim gecələr daşa basılır, Suraxanı Rayon Polis İdarəsi tərəfindən isə bütün bunlar qonşuluq münasibətləri əsasında baş vermiş münaqişə hesab edilərək cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilir”, - deyə şikayətçi qeyd edir.

“Məhkəmə qərarı olmadan digər icra məmurları məni məcburi qaydada icra şöbəsinə aparıb”

N.Əlibəyov onu da nəzərə çatdırıb ki, Bəhlul Fətəliyevin yuxarıda adını çəkdiyi havadarlarının xahişi və ya tapşırığı ilə Suraxanı Rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova və həmin idarənin bölmə müdiri Mətanət Sultanova kabinetlərində oturub, yalan uydurublar: “Guya Mətanət Sultanova Bəhlul Fətəliyevin mənim barəmdə şikayəti əsasında Hövsan Südçülük sovxozuna evimə gəlib, rəsmi sənədləri həyat yoldaşım Lalə Əlibəyovanın adına olan heyvan saxlanılan tövləni müayinə edib, antisanitariya aşkar edib və bu barədə saxta sanitariya müayinə aktı tərtib ediblər. Bir daha bildirirəm ki, qeyd olunan tövləyə gəlib baxan olmayıb. Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova həmin saxta sanitariya müayinə aktı əsasında tövlənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə 10.08.2015-ci il tarixli 21 nömrəli qərar çıxarıb. Əgər Suraxanı rayon Gigyena və Epidemiologiya Mərkəzinin əməkdaşları evimdə, həyətimdə olsaydılar, tövləyə baxış keçirsəydilər, həm həyətyanı torpaq sahəsinin, həm həmin torpaq sahəsində tikilmiş tövlələrin, həm də həmin tövlələrdə saxlanılan heyvanların rəsmi sənədlərdə həyat yoldaşım Lalə Əlibəyovanın adına olduğunu bilərdilər, onda adı çəkilən sanitariya müayinə aktını və tövlənin fəaliyyətinin dayandırılması barədə qərarı mənim barəmdə deyil, Lalə Əlibəyovanın barəsində tərtib edərdilər. Adı çəkilən akt və qərar barədə mənə heç bir məlumat verilməyib. Həmin akt və qərar barədə mənə 19 avqust 2015-ci ildə Suraxanı Rayon İcra şöbəsində məlumat verilib. Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova barəmdə çıxardığı qərarın surətini mənə vermədən, qərar qanuni qüvvəyə minmədən həmin qərarı icra etmək üçün Suraxanı Rayon İcra Şöbəsinə göndərib. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudova tövlənin rəsmi sənədlərinin mənim adıma olmadığını və qərarın surətinin mənə verilmədiyini bildirdiyim halda, icrə sənədini icra etmədən geri qaytarmaq əvəzinə, ağına-bozuna baxmadan Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10 avqust 2015-ci il tarixli 21 nömrəli qərarının icra olunması haqqında qanunsuz, qərəzli qərar çıxarıb. Sual olunur ki, Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova bilmir ki, qanunun tələbinə əsasən çıxardığı qərarı maraqlı şəxsə təqdim etdikdən sonra icraya yönəldə bilər? İcra məmuru Rüfət Maqsudov bütün bunları bildiyi halda vəzifə borcu olaraq Züleyxa Səmədovanın qərarını özünə qaytarmaq əvəzinə, həmin qərarı icraya yönəldir, evimə basqın təşkil edir, məhkəmə qərarı olmadan digər icra məmurları və polis əməkdaşları ilə məni məcburi qaydada icra şöbəsinə aparıb, “burada mənəm, Bağdadda kor xəlifə” sayaq özbaşınalıqlar edir”.

“İcra məmuru Rüfət Maqsudov mənə hədə-qorxu gələrək, təzyiq göstərdi”

N. Əlibəyovun sözlərinə görə, 2015-ci ilin avqust ayında icra məmuru Rüfət Maqsudovun təşkilatçılığı ilə Suraxanı Rayon Polis İdarəsinin sahə müvəkkili Xalid Məmmədovun əvvəllər tanımadığım digər iki nəfər polis əməkdaşı və Suraxanı rayon icra şöbəsinin icra məmuru Rüfət Maqsudov, həmçinin tanımadığım digər iki icra məmuru ilə onun evinə gələrək səbəbini bildirmədən, məhkəmə qərarı olmadan onu zorla Suraxanı rayon icra şöbəsinə aparıb: “İcra şöbəsində icra məmuru Rüfət Maqsudov mənə hədə-qorxu gələrək, təzyiq göstərdi. Tərtib olunmamış boş vərəqələrə mənə imza atdırmağa cəhdlər etdi, məni hədələdi, qeyri-qanuni inzibati xəta haqqında protokol tərtib etdi. Bunu da Suraxanı Rayon Məhkəməsinə təqdim etdi. Suraxanı Rayon Məhkəməsinin hakimi Zülfüqar Sadiqov isə həmin inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edərək protokoa baxmadan geri qaytardı. Məni evimdən məcburi qaydada apararkən evimin yanında və Suraxanı Rayon İcra Şöbəsinin yanında Rüfət Maqsudovun və həmin vaxt Suraxanı Rayon İcra Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən şəxsin xidməti geyimdə Səftər Hacıyevlə telefon danışıqlarının şahidi oldum. Bütün bu haqsızlıqlar barədə Suraxanı rayon prokurorluğuna və digər aidiyyatı qurumlara şikayət etsəm də, bu günə qədər şikayətimə baxan yoxdur”.

“Bizi ölümlə hədələdilər”

N. Əlibəyov diqqətə çatdırıb ki, Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10.08.2015-ci il tarixli 21 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsi hazırda 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Xaliq İmanovun icraatındadır: “Suraxanı rayon icra şöbəsinin icra məmuru Rüfət Maqsudov həmin iddiama mahiyyəti üzrə baxıb, yekun məhkəmə qərarı qəbul olunana qədər Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10.08.2015-ci il tarixli 21 nömrəli qərarının icrasını dayandırılması haqqında qərar qəbul edib. Lakin iddia ərizəmə mahiyyəti üzrə baxılıb, yekun məhkəmə qərarı qəbul edilmədiyi və sözü gedən qərarın icrasının dayandırılması haqqında Suraxanı Rayon İcra Şöbəsinin qərarı ləğv edilmədiyi və qüvvədə olduğu halda, 03 dekabr 2018-ci ildə Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rüfət Maqsudov və icra məmuru Elçin Həsənov tanımadığım digər iki icra məmuru ilə qapıma gəlib, Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin icrası dayandırılmış, sözügedən qərarını icra etmək üçün gəldiklərini bildirdilər. İcra məmuru Rüfət Maqsudov və Elçin Həsənov qapıma gəlməmişdən əvvəlcə öyrətdikləri Bəhlul Fətəliyevi və digər bir dəstə adamı qapıma basqına göndərmişdi, həmin adamlar üstümə hücum çəkib, ailəmi, özümü nalayiq sözlərlə söyüb təhqir etdilər, bizi ölümlə hədələdilər və bizi döyməyə cəhd etdilər. Mən DİN-nin “102” xidmətinə zəng etdikdən sonra onlar hücumlarını dayandırdılar. Amma bir azdan Bəhlul Fətəliyevin oğlu Etibar Fətəliyev Elmir adlı polis əməkdaşı ilə gəlib, sonra da çıxıb getdilər. Bundan bir az sonra Hövsan Südçülük sovxozu üzrə sahə rəisi Akif Ağayev hadisə yerinə gəlib, evimə basqın etmiş şəxsləri qapımda gördüyü halda heç bir araşdırma aparmadan “102” xidmətinə zəng etməyimlə əlaqədar növbəti gün 30-cu Polis Bölməsinə ərizə yazmaq üçün gəlməyimi bildirib, çıxıb getdi. Mən icra məmuru Rüfət Maqsudova və digər icra məmurlarına Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10.08.2015-ci il tarixli qərarının icrasının dayandırıldığını, həmin qərarın ləğv edilməsi barədə iddia ərizəmin məhkəmənin icraatında olduğunu və onların qanunsuz hərəkətlərindən şikayət edəvcəyimi bildirdikdən sonra onlar çıxıb getdilər. Baş verənlər barədə 30-cu Polis Bölməsinə yazılı şikayətimi təqdim etməyimə baxmayaraq, bu günə qədər heç bir araşdırma aparılmır. Bütün bu baş verənlər polis əməkdaşlarının və icra məmurlarının vətəndaşların evimə basqınını təşkil etmək deyil, bəs nədir?”

“Rəhim Əliyevin qanunsuz hərəkətləri ucbatından məsuliyyətə cəlb olunmayıblar”

“2017-ci ilin iyul ayında torpaq möhtəkirləri ilə əlbir olmuş Suraxanı rayon prokurorluğunun müstəntiqi Atəş Şahverdiyevin təşkilatçılığı ilə Pakizət Hacıyeva, Pakizət Hacıyevanın qızı Aytən Həsənova, Aytən Həsənovanın həyat yoldaşı və Mirzəxan Əliyev tərəfindən Əliyev Yavər Nemət oğlunun qətlində günahkar olduğum barədə Suraxanı Rayon Polis İdarəsinə, 30-cu Polis Bölməsinə və Suraxanı rayon prokurorluğuna edilmiş şikayət əsasında 30-cu Polis Bölməsinin Əli adlı rəis müavinin başçılığı altında polis əməkdaşları tərəfindən tutularaq məcburi qaydada əvvəlcə Suraxanı Rayon Polis İdarəsinə, sonra isə Suraxanı Rayon Prokurorluğuna aparıldım. Polis əməkdaşları, Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Atəş Şahverdiyev və Suraxanı rayon prokuroru Rəhim Əliyev tərəfindən Yavər Əliyevin qətli ilə əlaqədar dindirildim. Lakin Yavər Əliyevin ölümü ilə əlaqəm öz təsdiqini tapmadığı halda, Mirzəxan Əliyev, Pakizət Hacıyeva, Aytən Həsənova, Aytən Həsənovanın həyat yoldaşı barəmdə etdikləri yalançı xəbərçiliyə görə və bu yalançı xəbərçiliyin təşkilatçısı olan Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Atəş Şahverdiyev Suraxanı rayon prokuroru Rəhim Əliyevin qanunsuz hərəkətləri ucbatından məsuliyyətə cəlb olunmayıblar”,-deyə şikayətçi təəssüf etdi.

“Bizə bu ölkədə yer yoxdur”

N. Əlibəyov onu da qeyd edib ki, ailəsi 12 nəfərdən ibarətdir: “Onlardan 2 nəfəri əvvəlcə Ermənistandan Fizuli rayonuna məcburi qaçqın düşüb, sonra da Fizuli rayonundan Naxçıvana məcburi köçkün düşüb, onlardan birinin 90 yaşı var, gözdən şikəstdir. Yuxarıda göstərdiklərim üzləşdiyimi haqsızlıqların az bir qismidir. Biz 11 nəfər ailə üzvləri üzləşdiyimiz bu qanunsuzluqlara, özbaşınalıqlara, haqsızlıqlara, ədalətszliklərə daha dözə bilmirik. Açıq şəkildə, sözün həqiqi mənasında bizi məhv etmək istəyirlər. Bizə bu ölkədə yer yoxdur. Biz boğaza yığılmışıq. Başımıza gətirilənlərə nə qədər dözməliyik? Səbr kasamız dolmuşdur. Bizi bir dəfəlik ya məhv edin, ya da vətəndaşlıqdan məhrum edin, bu ölkədən çıxıb gedək. Yuxarıdakılara əsaslanaraq biz 12 nəfər Azərbaycan Respublikasının vətəndaşlığından imtina edir və müraciət etdiyimiz istənilən xarici ölkədən sığınacaq istəyirik”. (hürriyyet.org)
Adları çəkilən şəxslərin mövqeyini öyrənməyə və səhifəmzdə yerləşdrməyə hazırıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam