Kadırov istefa verməkdən imtina etdi
Vladimir Putinlə görüş məhsuldar keçdi.
Yenixeber.org: Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
Kadırov həmçinin istefası ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Görüşün sonunda Vladimir Vladimiroviç internetdə yayılan son fikirləri şərh edərkən yenidən Mark Tvenin məşhur sözlərini sitat gətirdi: “Ölümüm haqda xəbərlər xeyli şişirdilib”. O əlavə etdi ki, hələ çox işləməliyik. Ali Baş Komandanın əmrini yerinə yetirirəm!”
Xatırladaq ki, Kadırov vəzifədən azad olunmağı xahiş etdiyini açıqlamışdı.