Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türk liderlərinin Azərbaycan toplantısı -Tarix MƏLUM OLDU

 

Türk Dövlətləri Təşkilatının (TDT) bu il keçiriləcək rəsmi liderlər toplantısının tarixi məlum olub.

Yenixeber.org-un məlumatına görə, görüşün oktyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır.

Görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib. Məlumatı TDT Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Şimali Kiprin Girne şəhərində bu gün keçirilən toplantıda açıqlayıb.

Yıldırım bildirib ki, təşkilatın son dövrlərdə keçirdiyi toplantılarda qəbul olunan qərarlar, xüsusilə 16-cı Ağsaqqallar Toplantısı və bugünkü iclasın nəticələri, payızda Azərbaycanda baş tutacaq rəsmi zirvədə Türk dünyasının dövlət başçılarına təqdim ediləcək.

Xatırladaq ki, TDT-nin qeyri-rəsmi liderlər zirvəsi 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Macarıstan ilk dəfə belə bir yüksək səviyyəli toplantıya ev sahibliyi edəcək. Zirvədə təşkilatın daimi üzvləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, müşahidəçi üzvlər – Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

TDT-nin liderlər səviyyəsində bir-birini tamamlayan iki vacib görüşü – mayda Macarıstanda qeyri-rəsmi, oktyabrda isə Azərbaycanda rəsmi Zirvə toplantısı – təşkilatın 2025-ci il üçün strateji gündəmini formalaşdırmaqda mühüm rol oynayacaq.

Bu görüşlərdə təkcə siyasi məsələlər deyil, həm də iqtisadi əməkdaşlıq, nəqliyyat şəbəkələri, enerji təhlükəsizliyi və mədəni-humanitar əlaqələrin inkişafı kimi sahələrin də müzakirə ediləcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam