Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

MM qəyyumluq və himayəçilik orqanlarının razılığına dair qərarın bir iş günü ərzində EHİS-ə daxil edilməsini son oxunuşda qəbul edib

 

Milli Məclis qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi haqqında dəyişikliyi son oxunuşda təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında Ailə və Mülki Məcəllələrdə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Layihəyə əsasən uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilib. Bu səlahiyyətlər çərçivəsində qəyyumluq və himayə orqanı uşaq maraqlarının, o cümlədən üzərində qəyyumluq və himayə təyin edilmiş uşaqların əmlak və digər hüquqlarının qorunması məqsədilə qərarlar qəbul edir.

Sənəddə qeyd edilib ki, qanunda qəyyumluq və himayəçilik orqanlarının razılığının (icazəsinin) verilməsi nəzərdə tutulduqda, bununla bağlı həmin orqan qərarlar qəbul edəcək və bu qərarı bir iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) daxil ediləcək. Beləliklə, dövlət xidmətlərinin göstərilməsi zamanı digər dövlət qurumlarının həmin qərarları EHİS vasitəsilə əldə etmək imkanı yaranacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam