Elçin Əmirbəyov Meksika Senatında olub -FOTO
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya səfər edib.
Yenixeber.org: Bu barədə Meksika Senatı X hesabında paylaşım edib.
Məlumata əsasən, aprelin 29-da Elçin Əmirbəyov Meksika Senatında olub. Orada keçirilən görüş zamanı hər iki xalq arasında qardaşlıq əlaqələrinin bir daha təsdiqlənməsi və iki xalq arasında əlaqələrin möhkəmləndirilməsi arzusu ifadə olunub.